Neft gəlirləri Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında misilsiz rol oynadı

 

1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış saziş Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. "Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu kontraktın imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuşPrezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası Azərbaycanı lider ölkələr sırasına yüksəltdi.

"Əsrin müqaviləsi” ölkəmizin yeni neft strategiyasının əsasını qoymaqla yanaşı, həm də təsdiqlədi ki, müstəqil Azərbaycan xalqı suveren hüquqlara malikdiröz sərvətinin sahibidir. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsini əhatə edir. AÇG layihəsi çərçivəsində ilkin neft 1997-ci il noyabr ayında "Çıraq” platformasından hasil olunub. Həmin vaxtdan 2018-ci ilin sonunadək AÇG blokundan 3,5 milyard barel neft çıxarılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, AÇG yataqları üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən bu il iyulun 31-dək 143 milyard 366 milyon dollar təşkil edib. Cari il yanvarın 1-dən iyulun 31-dək AÇG-dən 5 milyard 160 milyon dollar həcmində gəlir əldə olunub.

Yeri gəlmişkən qeyd edək ki, ARDNF-nin təsis edilməsi haqqında fərmanı Ümummilli Lider Heydər Əliyev 1999-cu il dekabrın 29-da imzalayıb. Bundan yarım il sonra isə növbəti fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edilib qurum əməli fəaliyyətə başlayıb. Bu fondda toplanan, yəni neft müqavilələrindən əldə edilən gəlirlər Azərbaycanın simasını yaxşı mənada büsbütün dəyişmişdir.

Prezident İlham Əliyev cari il mayın 29-da 26-cı Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin açılışındakı nitqində bu barədə demişdir: "Dövlət Neft Fondunun yaradılması Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli - bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir”.

İndiyədək ölkəmizdə 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı tikilmiş, infrastruktur yenilənmiş, vətəndaşların sosial rifahına xidmət edən layihələr həyata keçirilmişdir. Neftdən gələn gəlirlər hesabına iqtisadiyyatımız şaxələndirilir, qeyri neft-qaz sektoru inkişaf edir. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir.

Azərbaycanın yaratdığı mükəmməl neft-qaz infrastrukturu, diversifikasiya edilmiş ixrac marşrutları da məhz "Əsrin müqaviləsi”ndən qaynaqlanır. Bu gün ölkəmizdən müxtəlif istiqamətlərdə ixrac marşrutları uzanır. 1330 kilometrlik Bakı-Novorossiysk (Şimal İxrac Boru Kəməri), 833 kilometrlik Bakı-Supsa (Qərb İxrac Boru Kəməri) xətləri, 1768 kilometrlik Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftini ahəngdar təhlükəsiz şəkildə dünya bazarlarına ixrac edir.

Hazırda Azərbaycanın təşəbbüsü liderliyi ilə gerçəkləşən "Cənub qaz dəhlizilayihəsi sona çatmaqdadır. Üç birinci seqmenti fəaliyyətdə olan layihənin dördüncü, yəni sonuncu hissəsinin - Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi yekunlaşır. 3500 kilometrlik dəhlizlə Azərbaycan qazı gələn il Avropaya çatdırılacaq. Bu nəhəng layihənin həyata keçirilməsini Prezident İlham Əliyevin qətiyyətli, milli maraqlara əsaslanan düşünülmüş prinsipial siyasəti təmin etmişdir.

"Cənub qaz dəhliziqarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq bir layihədir. O, ölkəmizin regionda Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Nəticədə Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm onu nəql edən tranzit ölkə kimi əhəmiyyəti artacaq.

Bu dəhliz, eləcə Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi amilə çevriləcək region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq. Regionun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malik olan layihə həm dövlətlər xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək, regionda təhlükəsizliyin sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni yerləri yaradılacaq insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcək.

"Əsrin müqaviləsi”nin uzaqgörənliklə seçilmiş bir strategiyanın başlanğıcı olduğunu təsdiqləyən faktlardan biri odur ki, bu kontraktdan sonra Azərbaycan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalayıb.

Ötən illər ərzində AÇG-nin yeni potensialı da üzə çıxıb. Belə ki, ilkin hesablamalara görə, "Azəri”, "Çıraqyataqlarından "Günəşliyatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton idi. Sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatının 1,072 milyard ton həcmində olduğu müəyyən edildi. 2017-ci ilin sentyabrında AÇG üzrə yeni sazişin imzalanması, yəni "Əsrin müqaviləsi”nin 2050-ci ilin əvvəlinədək uzadılması da buna əsaslanıb. Həmin vaxtadək AÇG- 40 milyard dollardan çox sərmayə qoyulması nəzərdə tutulub. Xarici investorlar ARDNF- 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. 2018-ci ilin əvvəlində 450 milyon dollardan ibarət ilk bonus artıq həyata keçirilib.

Prezident İlham Əliyevin dediyi kimi, bu layihələrin icrası ümumiyyətlə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası tamamilə yeni bir vəziyyət yaratmış ölkəmiz sürətlə inkişaf etmişdir. "Əsrin müqaviləsiÜmummilli Liderin bugünkü sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Xatırladaq ki, Ulu Öndərin 26 avqust 2001-ci il tarixli fərmanı ilə sentyabrın 20-si Azərbaycanda hər il Neftçilər Günü kimi qeyd edilir. Odur ki, Azərbaycan neftçiləri "Əsrin müqaviləsi”nin şanlı yubileyi ilə yanaşı, özlərinin peşə bayramlarını da qeyd edirlər.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 21 sentyabr.-  S. 4.