Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tikinti işlərinin gedişini yoxlayan general-polkovnik Zakir Həsənov inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

 

Azərbaycan.- 2019.- 22 sentyabr.-  S. 2.