Regionlarda qadın sahibkarlar maarifləndirilir

 

Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə KiçikOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə avqustsentyabr aylarında Qazax, Ağstafa, SamuxNaftalan rayonlarında gənc potensial qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. "Öz biznesinə başla”, "Biznes-planın hazırlanması”, "Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə 100-ə yaxın iştirakçı biznes planının, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, biznes üçün dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

Təlimlər zamanı potensial qadın sahibkarlar arasında sorğu da keçirilib. Sorğunun nəticələri göstərir ki, regionlarda qadınların əmək vərdişlərinin inkişaf etdirilməsinə ehtiyac varbu ehtiyac nəzərə alınaraq belə təlimlər mütəmadi olaraq təşkil ediləcək.

Təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə potensial gənc qadın sahibkarların istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunacaq və onların məhsullarından ibarət sərgilər keçiriləcək.

 

Azərbaycan.- 2019.- 24 sentyabr.-  S. 5.