Tevanik” Azərbaycan-İran dostluğunu sarsıtmaq məqsədi güdür

 

Bu tipli "xeyriyyə” təşkilatlarının qanunsuz əməlləri reaksiyasız qalmamalıdır

 

Azərbaycan Respublikası milli müstəqilliyini bərpa edəndən bəri ilk növbədə qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan mehriban münasibətlər qurmağı özünün xarici siyasət xəttinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir və buna daim sadiq qaldığını nümayiş etdirir. Ötən dövr ərzində təcavüzkar Ermənistan istisna olmaqla dövlətimizin bütün qonşu ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri həmişə yüksələn xətlə inkişaf edir.

Bu baxımdan Azərbaycan-İran əməkdaşlığı diqqəti xüsusilə cəlb edir. Sovet imperiyasının süqutundan sonra yaranmış yeni tarixi şərait eyni mədəniyyəti paylaşan, əsrlər boyu bərabər yaşamış iki dost xalqın qarşılıqlı əlaqələri bərpa edib sıxlaşdırmasına imkan vermişdir. Bakı və Tehran bu məqsədə nail olmaq üçün xeyli məsafə qət etmiş, nəticədə ikitərəfli münasibətlər tarixdə ən yüksək səviyyəyə çatmışdır. Hazırda Azərbaycan-İran əlaqələri bir sıra sahələrdə strateji tərəfdaşlıq səciyyəsi daşıyır.

Sirr deyil ki, iki qonşudost ölkə arasında əməkdaşlığın belə bir səviyyəyə yüksəlməsi bəzi bədnam qüvvələri narahat edir. Bədxahlar Azərbaycan-İran dostluğunu sarsıtmaq, Bakı ilə Tehranın arasını vurmaq üçün heç bir fürsəti fövtə vermir, gah dezinformasiyaya əl atır, gah da konkret addımlara keçirlər. Söhbət ilk növbədə İrandakı erməni icmasının qanunsuz əməllərindən gedir.

Xeyli müddətdir ki, qonşu ölkədə yaşayan ermənilərin yaratdığı cürbəcür humanitariqtisadi təşkilatların fəaliyyətində Azərbaycan-İran dostluğuna xələl gətirmək aparıcı istiqamət kimi özünü göstərir. Bu qurumlar Ermənistanın İrandakı səfirliyinin fəaliyyətinə hərtərəfli dəstək verirİranda Ermənistanın maraqlarını təşviq edir. Bir də görürsən ki, İran erməniləri Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistanındır!” şüarına dərhal reaksiya verib ağız-ağıza ulaşır, eyni məzmunlu plakat qaldırmaqdan çəkinmirlər.

Belə bədnam təşkilatlardan biri 2014-cü ildə yaradılmış "Tevanik” adlı "xeyriyyə” cəmiyyətidir. Cəmiyyətin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi layihələr, onun üzvlərinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfərləri Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin mətbuatında geniş işıqlandırılır. "Travnikin sosial şəbəkələrdəki səhifələri elə bil ki, yalnız Azərbaycan-İran dostluğunu "baltalamaqüçün açılmışdır. Ermənistanın İrandakı səfirliyi də cəmiyyətin üzvləri ilə mütəmadi görüşlər və tədbirlər keçirir.

"Tevanik” Dağlıq Qarabağda yaşayan ermənilərə müxtəlif yardımların göndərilməsini, işğal olunmuş ərazilərdə hazırlanmış bir sıra məhsulların Tehranda və İranın digər şəhərlərində satışını təşkil edir. Məsələn, bu ilin aprelində "xeyriyyə” cəmiyyətinin işğal olunmuş Şuşa şəhərindəki erməni məktəbinə yardım aparması Ermənistan və separatçı rejimin KİV-ində "böyük humanitar missiyakimi təqdim olunmuşdur.

Hamıya aydındır ki, İran ermənilərinin bu cür hərəkətləri Tehranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyinə zidd olmaqla yanaşı, İran-Azərbaycan münasibətlərinə xələl gətirir, üstəlik, islam ümmətində parçalama yaratmaq niyyəti güdür. Ona görə də rəsmi Tehran ermənilərin bu cür qanunsuz əməllərinə reaksiyasız qalmamalıdır. İran hakimiyyət orqanları belə bədnam cəmiyyətlərin fəaliyyətini daim ciddi nəzarət altında saxlamalı, öz vətəndaşlarının dost Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin və biznes fəaliyyətinin qarşısını dərhal almalı, İran dövlətinin rəsmi siyasətinə uyğun gəlməyən əməllər baş verdiyi zaman belə təşkilatların fəaliyyətini dayandırmalıdır.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2019.- 24 sentyabr.- S. 7.