Etibarlı tərəfdaş, səmimi müttəfiq

 

Prezident İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir

 

Dövlətin beynəlxalq münasibətlər sistemindəki yeriimici müxtəlif amillərlə ölçülə bilər. İstər siyasi, istərsə də iqtisadi sahədəki nailiyyətləri, vətəndaşlarının sosial rifahı hər bir ölkənin dünyadakı nüfuzunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müstəqil və qətiyyətli siyasi kursu ilə regionda fərqlənən, dünyada tanınan Azərbaycana məhz buna görə ehtiramla yanaşırlar.

 

Azərbaycana qarşı çıxmaq qeyri-mümkündür

 

Hələ 25 il əvvəl "Əsrin müqaviləsi” imzalananda Azərbaycan müstəqilliyinin ilk addımlarını atır, xaosdan sabitliyə doğru irəliləyirdi. Respublikamızın hansısa beynəlxalq uğuru yox idi. Ancaq Heydər Əliyevin başlatdığı müdrik siyasət dünyanın iri neft şirkətlərini Xəzərin neft yataqlarının işlənilməsinə cəlb etdi. Və bu tarixi hadisə həm respublikamızın müstəqilliyinin möhkəmlənməsində, həm dünyada tanınmasında, həm də inkişafı istiqamətində ilkuğurlu addım oldu.

25 il qısa dövr deyil. Lakin bir dövlətin tarixi baxımından uzun zaman kəsiyi də sayıla bilməz. Sosial-iqtisadi inkişafa nail olmaq üçünbu dövr yetərli deyil. Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi göstərir ki, onlar indiki səviyyəyə gəlib çatmaq üçün onilliklərdən keçiblər. Elə postsovet respublikalarının da bəziləri 25 il necə idilərsə, elə də qalıblar. Onların ən bariz nümunəsi Ermənistandır. SSRİ-nin dağıldığı 1991-ci ildən bəri forpost statusu daşıyan bu ölkə dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdur. Təcrübədən bəlli olduğu kimi, Ermənistan kimi asılı ölkələrin siyasi hakimiyyətlərinin həm beynəlxalq məsələlərlə bağlı baxışları, həm də daxili həyata hesablanmış addımları xarici siyasi mərkəzlərlə, daha konkret ifadə etsək, vassallıqlarında olduqları dövlətlərlə razılaşdırılır. Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü, iqtisadiyyatının aparıcı sahələrinin, energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin müstəqil siyasətinin olmadığını təsdiqləyən faktorlardır.

Azərbaycana gəldikdə, "Əsrin müqaviləsi”nin imzalanmasından sonra ötən dövr ölkəmiz üçün olduqca möhtəşəm nailiyyətlərlə əlamətdardır.

Bu müddətdə Azərbaycan enerji siyasətində qarşıya qoyduğu bütün hədəflərə çatdı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişinə nail oldu.

Bütün bunların hər biri respublikamızı həm bir dövlət kimi tanıtdı, həm müstəqilliyimizin, dövlətçiliyimizin əsaslarını daha da bərkitdi, həm də dünyadakı mövqelərini möhkəmləndirdi. Digər tərəfdən, bu cür möhtəşəm layihələrin həyata keçirilməsi müstəqil siyasət tələb edir. Etiraf olunmalıdır ki, Azərbaycan müstəqilliyinin ilkin vaxtlarında enerji layihələrini həyata keçirməyə başlayanda ölkəmizə beynəlxalq səviyyədə nə qədər təzyiqlər var idi. Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə məhz Azərbaycanın sayəsində alternativ marşrutla dünya bazarlarına çıxmalı idi. Bunu isə qəbul etməyənlər çox idi. Amma Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin layiqincə davam etdirdiyi çevik və qətiyyətli siyasət ölkəmizə qarşı çıxan bütün qüvvələrin niyyətlərini puç, planlarını darmadağın etdi.

Sonrakı dövrdə Azərbaycan kosmik dövlətə çevrildi, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi” istifadəyə verildi. Ən mühüm nailiyyətlərdən biri də 2050-ci ilədək dövr üçün yeni neft müqaviləsinin imzalanması oldu. Bu layihələrin həyata keçirilməsində artıq respublikamıza qarşı hansısa təzyiqdən söhbət gedə bilməzdi. Çünki bütün antiazərbaycançı dairələr anlayırdılar ki, güclünüfuzlu Azərbaycana qarşı çıxmaq qeyri-mümkündür.

 

Yüksək imicsöz sahibi

 

Respublikamızın nüfuzsöz sahibi olmasını təsdiqləyən bir çox amilləri sadalamaq mümkündür ki, bunlardan ən başlıcası Azərbaycanın yeritdiyi müstəqil siyasətdir. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz dəstəyini tapmış faktlar ortaya qoymaq mümkündür. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası, sürətli sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərinin məhz dialoq və əməkdaşlıq üçün açıq olduğunu birmənalı şəkildə elan etməsi bu barədə kifayət qədər aydın fikir söyləməyə əsas verir.

Beynəlxalq miqyasda qazandığımız yüksək etimadın kökündə həm də ölkəmizin etibarlı siyasiiqtisadi tərəfdaş olması, dünyanı narahat edən hər bir məsələdə qətiyyətli və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsi dayanır. Azərbaycan Ordusunun bölmələri ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə öz sözlərini deyirlər. Ölkəmiz beynəlxalq miqyaslı bütün məsələlərdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməklə etibarlı tərəfdaş olduğunu hər zaman nümayiş etdirir. Bunun da məntiqi nəticəsi olaraq Azərbaycanın beynəlxalq nüfuzu sürətlə yüksəlir.

Bunlarla yanaşı, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər arasında sülhü möhkəmləndirən, humanitar əməkdaşlığa çağıran dialoq təşəbbüsləri bütün dünyada maraq doğurur. Həyata keçirdiyimiz qlobal iqtisadi layihələrlə bərabər, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadisosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir. Digər tərəfdən, Azərbaycan müstəqil siyasət yeridərək qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmur, beynəlxalq münasibətlərdə hərbi ritorikanın artdığı bir vaxtda İranRusiya kimi qonşu dövlətlərlə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluqmehriban qonşuluq siyasətini daha da gücləndirir.

Azərbaycanın, Ermənistanı çıxmaq şərtilə, bütün region dövlətləri ilə münasibətləri olduqca yüksək səviyyədədir. Onların əksər qismi ilə respublikamızı tək mehriban qonşuluqdostluq münasibətləri deyil, həm də strateji əlaqələr birləşdirir. Xüsusilə qeyd edilməlidir ki, dövlət başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri ölkələr arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Təbii ki, bütün bunlar Azərbaycanın yeganə problemi olan ərazi bütövlüyünün təmin olunmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Diqqətçəkən xüsusi məqam isə odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət fonunda Ermənistanın yeni rəhbərliyinin reallıqdan uzaqqeyri-sağlam mövqeyi sülh danışıqları prosesində bəzi məqamları üzə çıxarır. Görünən odur ki, işğalçı ölkə getdikcə beynəlxalq dəstəyini sürətlə itirir. Bu isə Dağlıq Qarabağ probleminin ədalətli həllini yaxınlaşdırır.

Bütövlükdə Prezident İlham Əliyevin uğurlu diplomatik gedişləri Azərbaycanın beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir. Bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 27 sentyabr.-  S. 1; 5.