Beynəlxalq Maliyyə Korporasiyası: Dövlət Neft Fondu təcrübəli investordurbazarda özünü doğruldub

 

"Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) artıq təcrübəli investordurbazarda özünü doğruldub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes sentyabrın 26-da Bakıda keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfrans çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

O bildirib: "Müsbət təsirli investisiyalar hazırda dünyada çox mühüm əhəmiyyət kəsb edironlara institusional investorlar tərəfindən böyük diqqət yetirilir. Həmin investisiyalar həm sosial və ətraf mühitə müsbət təsiri olan, eyni zamanda, yüksək gəlir gətirən investisiyalardır ki, bu da investorların bir çox tələblərini ödəməyə imkan verir. Bunlar uzunmüddətli investisiyaları təşviq edən investisiyalardır”.

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu artıq təcrübəli investordurbazarda özünü doğruldub. Neft Fondu Beynəlxalq Maliyyə Korporasiyasının ilk investorlarındandır və yaxşı inkişaf yolu keçib. ARDNF-in fəaliyyətini müsbət və uğurlu saymaq olar.

 

Azərbaycan.- 2019.- 27 sentyabr.-  S. 2.