Keşikçidağ” Dövlət Mədəniyyət Qoruğuna yürüş təşkil olunmuşdur

 

Azərbaycan Respublikası Mədəniyyət NazirliyiAğstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Avropa İrs Günləri” çərçivəsində "Keşikçidağ” Dövlət Mədəniyyət Qoruğunaİlham Əliyev zirvəsinə yürüş təşkil edilmişdir.

Yürüş zamanı qoruğun direktoru Musa Mirzəliyev iştirakçılara qoruq haqqında ətraflı məlumat verərək diqqətə çatdırmışdır ki, burada 100-ə qədər ilkinorta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın Tuncİlkin Dəmir dövrünə aid kurqanlar mövcuddur. Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım qaya üzərində müdafiə məqsədilə inşa edilmiş və 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir-birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, eləcə də yerli əhali tərəfindən "Qüdrət” bulağı kimi tanınan ziyarətgah da bu məkanda yerləşir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək qoruğun xalqımızın və yerli sakinlərin qədim tarixə malik olan məişətindən, mədəniyyətindən və dini-etnik xüsusiyyətlərindən danışmışdır.

Yürüş zamanı iştirakçılar qoruq əməkdaşlarının təşkil etdikləri sərgi ilə tanış olmuş, rayonun incəsənət ustalarının çıxışlarına baxmışlar.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 27 sentyabr.-  S. 7.