Baş Nazir Novruz Məmmədov: Prezident
Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda
qalacaqdır
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.
Baş Nazirin
bununla bağlı "Twitter”
səhifəsində etdiyi
paylaşımda deyilir: "Görkəmli
siyasət və dövlət xadimi,
1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti
olmuş Jak
Şirakın vəfatı məni çox
kədərləndirdi. Dövlətlərarası
münasibətlərə xüsusi həssaslıq
nümayiş etdirən Prezident
Şirakın beynəlxalq aləmdə böyük
nüfuzu vardı. O, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüququn norma
və prinsiplərinə uyğun həlli
üçün çox
çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda
qalacaqdır”.
Azərbaycan.-
2019.- 28 sentyabr.- S. 2.