Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatlarına dair müzakirələr aparılıb

 

Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası və dövlət əmlakından istifadəyə, Abşeron Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundanehtiyat fondlarından ayrılmış vəsaitlərin istifadəsinə dair məsələləri əhatə edib. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub.

Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

 

Azərbaycan.- 2019.- 28 sentyabr.-  S. 6.