Dünya sirk ulduzları Bakıda

 

Paytaxtın sakinləri və qonaqları bayram günlərində asudə vaxtlarını şən və mənalı keçirmək üçün Bakı Dövlət Sirkini seçirlər

 

Asudə vaxtların daha səmərəli keçməsi üçün, adətən, müxtəlif ünvanlar seçilir. Bunlar yalnız kino-teatr, konsert salonları, yaxud turizm marşrutları deyil. Belə əyləncə məkanlarından biri mərkəzi şəhərlərdə fəaliyyəti ilə daim diqqət çəkən sirklərdir. Bakı sirki daim tamaşaçı nəfəsi ilə isinib. 1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılan Bakı Dövlət Sirki belə əyləncə mərkəzlərindən biri kimi tanınır. Xüsusən ilin əlamətdar tarixi, eləcə bayram günlərində burada tamaşaçı əlindən tərpənmək olmur. Ötən ilin son günlərindən başlayaraq, Bakı Dövlət Sirkində yenidən anşlaqdır: kiçikyaşlı məktəblilər doğmaları, xüsusən baba nənələri ilə yollarını məhz buradan salırlar. Elə sirkin özünün keçdiyi yol uzun keşməkeşli olub.

Bakı Dövlət Sirkinin direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə əyləncə istirahət mərkəzinin dünəni buğunu barədə fikirlərini bölüşərkən bildirdi ki, yüz ildən artıq bir dövr ərzində insanlara həyəcan sevinc dolu anlar yaşadan sirkin maneji fanatları hesabına bu gün öz missiyasını - sənətə insanlara xidmət vəzifəsini yerinə yetirir: "Sirkin səhnəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunan kollektivlər çıxış edirlər. Yaradıldığı ilk vaxtlar tamaşa yalnız sirk nömrələrindən ibarət olmayıb. Truppanın tərkibinə estrada balet artistlərinin çıxışları da salınıb. Ənvər Quliyev, "Ulduz bacıları, kəndirbaz Əlixan digər artistlərin bir-birindən maraqlı nömrələrindən ibarət truppanın fəaliyyəti dövründə "Zirvədən işıq adlı proqramla Bakı sirki MDB məkanında, eləcə Afrika, Asiya, Amerika Avropada daimi qastrollarda olub.

 

Nikitinlərin sirk binasında milli tamaşalar

 

Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Memarları Ənvər İsmayılov Leontyev olan, tikildiyi dövrdə texniki imkanlarına görə çox müasir hesab edilən bina dünya sirkləri arasında seçilir.

Həmsöhbətimiz deyir ki, 1890-cı illərdə rus sirkinin ustadı sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açıb, 1904-cü ildə isə indiki Nəsimi bağının yerində Şərqdə sirk-teatr binası inşa etdiriblər: "Nikitinlərin rəhbərliyi ilə qrupun çıxış etdiyi bina təəssüf ki, 1906-cı ildə yanıb. Nikitinlər elə həmin il onun yerində daşdan yeni sirk binası tikdiriblər. On ildən sonra isə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində başqa birini inşa etdiriblər. Sirkin başıbəlalı binalarının tez-tez yanğına məruz qalmasının min cür səbəb-bəhanələri olub. Hətta 1924-cü ilin dekabrında da sirkin binası yanıb. Az vaxt ərzində Y.Kudryavtsev burada öz sirkini qurur. Həmin illər ərzində onun səhnəsində Rusiyanın müxtəlif şəhərlərindən gələn sirk truppaları çıxış edib. O dövrün məşhur sirk truppaları Tanti qardaşlarının, Lerrinin rəhbərlik etdiyi kollektivlərin Bakı qastrollarının sayı xeyli artıb.

 

Bakı Sirkinin kolxoz filialı

 

Maraqlıdır ki, Bakı sirkinin kolxoz filialı da olub. Onun əsasını qoyanlar isə yerli özfəaliyyətçilər, kəndirbazlar xalq pəhləvanları idi.

1945-ci ildə Azərbaycanda ilk peşəkar sirk kollektivi yaradılıb. Kollektiv Bakı Sirkinin kolxoz filialının Azərbaycan estrada artistlərindən, həmçinin bədii özfəaliyyətçilərdən təşkil olunub. Kollektivin "Azərbaycan toyu adlı ilk proqramını dahi bəstəkar Üzeyir Hacıbəyli hazırlayıb. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm olub.

 

Sirk ustalarının adını yaşadan onların bir-birindən maraqlı, rəngarəng, həm "qorxulu nömrələri olub. Məhz buna görə məşhur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs edən "Ulduz bacıları - Sona, Şəfiqə Gülnaz, təlim görmüş itlərlə şou göstərən Maralxanım Şirinova, jonqlyor Xosrov Abdullayev, akrobat İsmayıl Mirzəyev, "Üç qardaş akrobat nömrəsi ilə tanınan Nikolay Qorkovenko, Xosrov Abdullayev Viktor Xelaya, ilanoynadan Sofu Cəfərovun adları sirksevərlərin yaddaşına yazılıb. Bunlarla yanaşı, Yunis Yusif Ağayev qardaşlarının "Nəsrəddin Bəhlul Danəndə səhnələri, "Zorxana milli güləş nümayişləri unudulmayan oyunlar sırasına daxildir. Xalq pəhləvanı Sali Süleymanın, klounlar - Qasım Məlikovla Kamal Abdullayevin çıxışları da o dövrün ən yaddaqalan nömrələri hesab edilir.

 

Gələrsən, görərsən...

 

Bakı Dövlət Sirki həmişəki kimi, bu gün tamaşaçı qıtlığı çəkmir, əksinə, şou-tamaşa məkanının qapısını döyənlərin sayı ildən-ilə artmaqdadır. Çünki burada bir-birindən maraqlı, əyləncəli proqramlar nümayiş etdirilir. Bakı Dövlət Sirkinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mahir Hümbətovun sözlərinə görə, son illər tamaşa salonundakı anşlaqın bir çox səbəbləri var ki, onlardan ən əsası ölkə ərazisində asudə vaxtın səmərəli təşkilinə daha çox diqqət yetirilməsidir. Sirkdə bu amil özünü qabarıq şəkildə göstərir: "...Teatrdan, konsert salonlarından fərqli olaraq, sirk tamaşalarının daha çox diqqət çəkməsi həm burada idmanla incəsənətin müxtəlif sahələrinin sintezləşməsi ilə proqramların tərtib edilməsidir. Sirkin mövsümi xarakter daşıması təsadüfi deyil. Xüsusən əlamətdar günlərdə sirklər tamaşaçılarla dolub-boşalır. Bu il Bakı Dövlət Sirkinin tamaşaçıları yaş baxımından rəngarəngdir: uşaqdan-böyüyə Bakı sakinləri, eləcə paytaxtın qonaqları, hətta turistləri belə tamaşalara tələsirlər. Ötən ilin payız mövsümü oktyabr ayının sonlarında başlayıb. İndiyədək iki proqram göstərilib. Üçüncü proqram isə aprel ayının əvvəllərindən, daha doğrusu, Novruz bayramı ərəfəsindən başlayacaq. Proqramda bir-birindən maraqlı nömrələr var. Rusiyanın məşhur "Nikulin Belarus sirklərinin ustaları qonağımızdır. Proqram yanvar ayının 13-dək davam edəcək. Burada yalnız şən klounlar deyil, eyni zamanda əhliləşdirilmiş vəhşi heyvanlarla nömrələr göstərilir. Bunlar da azyaşlı tamaşaçıların daha çox sevdikləridir. Əlbəttə, cikitlər qrupu ilə akrobatların çıxardığı "hoqqalara tamaşaçılar gün ərzində 3 dəfə baxmaq imkanı əldə ediblər. 5 yaşadək uşaqlar sirk tamaşalarına pulsuz buraxılır. Bu, artıq ənənə halını alıb: son 16 ildir ki, davam etdirilir. 3 manejli sirkin tamaşa salonu 2 min nəfərlikdir. Burada qiymətlər sırasına görə 10, 12, 15 20 manatdır.

 

Dünyada məşhurlarımız...

 

Yarandığı ilk illərdə Bakı Sirki SSRİ-nin Ümumittifaq Sirklər Birliyinin tərkibində olduğu üçün gözdən-könüldən uzaq düşmüşdü. Digər mədəniyyət sahələrində olduğu kimi, burada da lazımi şəraitin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dünyanın məşhur "Sirk-disuleynin ustalarının adları arasında həmyerlimiz Üzeyir Cəfərovun da olması ürəkaçan faktlardandır. Yaxud Çina Franklina adı ilə tanınmış kloun Elçin Şirinovu sirksevərlərimiz gözəl tanıyırlar. Məhz belə ustadların maraqlı proqramları ilə Bakı Dövlət Sirki son illər dünyanı dolaşmaqdadır. Belə sənətkarlarımızın səsi Almaniya, Rusiya, Niderland, İtaliya, Çin, Çili, Argentina... kimi ölkələrdən gəlir. Onlar həmin ölkələrin məşhur sirklərinin tərkibində öz çıxışları ilə xalqımızın mədəniyyətini təqdim edirlər. Ümumiyyətlə, sirklərin artistləri daim səfərlərdə olurlar. Həm hər nömrənin hazırlanması üçün az qala, bir il vaxt sərf edilir. Bu gün Bakı sirkində göstərilən proqramlar da zənginliyi ilə sevilir baxılır. Axı, proqramda "Lasta-rika kimi şoular da var. "Sözəbaxan pinqvinlərlə göstərilən belə nömrələr tamaşaçılarda xoş ovqat yüksək əhvali-ruhiyyə yaradır axı...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 6 yanvar.- S. 6.