Asiyada ilk ticarət evimiz

 

Azərbaycandan Çinə bol çeşiddə məhsul ixrac olunur

 

Azərbaycanda aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri qeyri-neft məhsullarının ixrac potensialının artırılması və ixraca yönəlik sahələrin inkişafıdır.

İxrac fəaliyyətinin əsas hissəsi isə xarici bazarlara çıxış, bazar araşdırmaları, bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır.

 

İxrac coğrafiyası getdikcə böyüyür

 

Prezident İlham Əliyevin 3 il öncə ixracın təşviq edilməsi sahəsində imzaladığı fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq xarici ölkələrdə Azərbaycan ticarət evləri yaradılır. Bu evlərin yaradılmasında əsas məqsəd ölkəmizin qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasına, "Made in Azərbaijan” brendinin xarici ölkələrdə daha da şöhrət qazanmasına nail olmaqdır.

Hazırda Azərbaycanın bir neçə ölkədə ticarət evləri fəaliyyət göstərir və məhsullarımızın ixrac coğrafiyası getdikcə böyüyür. Məhsullarımızın daha çox satıldığı ölkələrdən biriÇin Xalq Respublikasıdır. Ötən ilin sentyabrın 28-də bu ölkənin Lucou şəhərində "Azərbaycan Ticarət Evi” açılıb.

 

Azərbaycanın Çinlə münasibətləri yeni inkişaf mərhələsindədir

 

Öncə onu vurğulayaq ki, Çin ilə Azərbaycan arasında son illər iqtisadi əlaqələr həm ticarətin, həm də investisiyaların sürətlə artması ilə daha sıx əməkdaşlıq səviyyəsinə çatıb. Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan həmçinin Çinin "Kəmər və Yol” təşəbbüsü üzrə mühüm coğrafi mövqeyə malikdir.

Azərbaycan Çinə ənənəvi olaraq əsasən neft, xammalkimya sənayesi məhsulları ixrac edir. Ötən ildən etibarən Çinə ixrac olunan məhsullar kənd təsərrüfatı, ərzaq və şərabçılıq kimi digər sahələri də əhatə etməyə başlayıb.

Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya yatırıblar. Azərbaycanda 112 Çin kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycanda 3 sement zavodunun tikintisi Çinin podratçı şirkətləri tərəfindən uğurla icra edilib.

 

Azərbaycan Çinə satır

 

Ticarət evimiz Siçuan vilayətinin Lucou şəhərindəki Azad Ticarət Zonasında yerləşir. Yəni, burada Azərbaycan məhsullarının daha geniş arealda tanıdılması imkanları var. Bu ticarət evi məhsullarımızı təqdim etməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, turizm, nəqliyyat logistika imkanlarına dair məlumatların Lucouda geniş yayılmasına imkan yaradır.

Yancı çayının üzərində yerləşən liman şəhəri olan Lucouda açılan "Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadratmetrdir. Burada ölkəmizdə istehsal olunan ixracyönümlü rəqabətqabiliyyətli ərzaq qeyri-ərzaq məhsulları, o cümlədən çay, mineral sular, spirtli içkilər, meyvə-tərəvəz onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları) nümayiş olunur.

 

Yeni bazar, yeni məhsullar

 

 

Azərbaycan memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın sərgisi, topdan pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.

Ticarət evini ziyarət edənlər stendlər, fotoşəkillər vasitəsilə Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə, nəqliyyat-logistika imkanlarına, turizm kənd təsərrüfatı potensialına dair geniş məlumat əldə edə bilirlər. Azərbaycan xalqının əsrlər boyunca yaratdığı mədəni irsin təbliğ olunduğu ticarət evində nümayiş edilən eksponatlar, xalça nümunələri, milli geyimlər suvenirlər, müxtəlif nəşrlər xalqımızın zəngin mədəniyyəti haqqında geniş təsəvvür yaradır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 10 yanvar.- S. 4.