Filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda nümayiş edilib

 

2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd olunmuşdur.

Ölkə rəhbəri tərəfindən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən çox cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan açılıb, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib. Son illərdə çəkilən filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda nümayiş edilib. Təkcə 2017-ci ildə 15 filmimiz 20-dək beynəlxalq festivalda mükafata layiq görülüb.

Son illərdə "Azərbaycanfilm” kinostudiyasında, həmçinin Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilib. Bu qəbildən olan filmlərin ölkəmizlə yanaşı, xaricdə də təqdimatları keçirilib.

 

Azərbaycan.- 2019.- 18 yanvar.- S. 7.