20 Yanvar şagirdlərin gözü ilə...

 

1990-cı il 20 Yanvar faciəsi ilə bağlı ölkəmizin hər yerində anım mərasimləri həyata keçirilir. Xalqımızın yaddaşına qanla yazılmış bu tarixin şagirdlər və gənc nəsil tərəfindən unudulmaması üçün məktəblərdə də tədbirlər təşkil olunur.

Ötən gün lal-kar uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbində də 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə sərgi təşkil olunmuşdu. Burada məktəbdə təhsil alan şagirdlərin faciəni əks etdirən müxtəlif əl işləri və rəsmləri sərgilənirdi.

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S.4.