E.Mnanqaqva:"Azərbaycanda şahidi
olduğumuz inkişaf
və infrastruktur səviyyəsi bizə çox güclü təsir
bağılayıb"
Zimbabvenin Prezidenti
Emmerson Mnanqaqva Azərbaycana işgüzar
səfəri
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentini qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra dövlət başçılarının görüşü oldu.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm
ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün
imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin
Azərbaycana ilk səfəridir,
odur ki, bu, tarixi səfərdir.
Əminəm ki, məhsuldar
müzakirələr zamanı
biz əməkdaşlığımızın
çox mühüm sahələrini müəyyən
edəcəyik. Biz ticarət münasibətlərimizin
genişləndirilməsi üçün
imkanları, həmçinin
siyası sahədə
qarşılıqlı fəaliyyətimizə
aid məsələləri nəzərdən keçirəcəyik.
Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə
ölkəyə səfər
edirsiniz. Çox şadam ki,
Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən
biridir. Bu, Sizin ölkəmizə
və münasibətlərimizə
verdiyiniz önəmin
göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz
arasında münasibətləri
inkişaf etdirmək istəyirik. Əlbəttə
ki, Sizin
səfəriniz də
bu münasibətlərin
inkişafı üçün
məsələlərin müzakirəsi
baxımından çox
əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz.
Zimbabve Prezidenti
Emmerson MNANQAQVA dedi:
-Çox sağ olun
Zati-aliləri. Buraya gəldiyimizdən
bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti
adından təşəkkürümü
bildirmək istəyirəm.
Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir
ki, sizin ölkənizə səfər
edirik. Azərbaycanda artıq şahidi
olduğumuz inkişaf
və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.
Bizim arzumuz iki ölkə
arasında qarşılıqlı
siyasi münasibətlərin
qurulmasından ibarətdir.
Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı
təşviq etmək,
həmçinin əməkdaşlıq
aparılacaq digər sahələri və ölkələrimiz arasında
ticarətin aparılacağı
sahələri tədqiq
etmək istəyirik.
***
Sonra
dövlət başçıları birgə nahar
etdilər.
Azərbaycan.- 2019.- 20 yanvar.- S.1-2.