Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerjiinfrastruktur layihələrinə, respublikamızın "Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxundu.

Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazdı.

 

Azərbaycan.- 2019.- 22 yanvar.- S.2.