Dünyada böyük etimad qazanan ölkə

 

Davos Dünya İqtisadi Forumu 49-cu dəfə bəşəriyyəti narahat edən vacib məsələlərin müzakirəsinə toplaşdı. Tədbirdə iştirak edən 110 ölkədən 3 mindən çox siyasətçi, sahibkar, iqtisadçı, elm və qeyri-hökumət təşkilatlarının nümayəndələri "Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə qlobal strukturu formalaşdırmaq” mövzusunda 350-dən çox iclas keçirəcəklər. Gündəmdə 2019-cu ilin qlobal riskləri və onların müzakirələri dayanır.

Qalstuksuz görüş qismində aparılan forum dünya üçün böyük əhəmiyyət kəsb etsə də, ABŞ Prezidenti Donald Tramp, İngiltərənin baş naziri Tereza Mey, Fransa Prezidenti Emmanuel MakronKoreya Prezidenti Mun Çje İn bu tədbirə qatılmadılar.

Forumun hesabatında göstərilir ki, ilin ən böyük riskləri geosiyasigeoiqtisadi mühitləri əhatə ediriqlim böhranı ilə bağlıdır. Forumun yaydığı Qlobal Risk hesabatında böyük güclər arasında artan geosiyasigeoiqtisadi gərginliklərin dünyanı parçalanma həddinə çatdırdığı bildirilir. Hesabatda bu ilin 5 əsas qlobal risklərindən 4-nün iqlimlə bağlı olduğu qeyd edilir. Kəskin qütblü, həm də bədbin və nikbin problemlərin toqquşduğu bu tədbirdə dünya liderləri, biznesmenlər, alimlər və məşhur iqtisadçılar yanvarın 22-dən 25-dək gərgin müzakirələrə qoşulacaq, fikir mübadiləsi aparacaqlar, dünya iqtisadiyyatının qaranlıq qalan məsələlərinə aydınlıq gətirməyə çalışacaqlar.

Xatırladaq ki, Azərbaycanı bu forumda ilk dəfə 1995-ci ildə ulu öndər Heydər Əliyev təmsil etmişdi. Ölkəmizə həsr olunan xüsusi tədbirdə ulu öndər respublikamız haqqında geniş məlumat vermişdi.

Prezident İlham Əliyev 2007-ci ildən Davos forumlarında iştirak edir. Dövlət başçısının təşəbbüsü ilə Dünya İqtisadi Forumu 2013-cü ildə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqmövzusunda Bakıda keçirilmişdi.

Forumun builki tədbirinə qatılan Prezident İlham Əliyev yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşərkən ilk dəfə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişi imzalandı. Dünya İqtisadi Forumunun prezidenti Borge Brende dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını, son iyirmi ildə Bakının sürətlə, tanınmaz dərəcədə dəyişdiyini vurğuladı.

Cənab İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında imzalanan əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək bu sənədin ölkəmizin tərəfdaşlıq ruhunu və qarşılıqlı səyləri davam etdirməkdə maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi. Məxsusi olaraq böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının ölkəmiz və region üçün əhəmiyyətini qeyd edən dövlət başçısı həm də Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlardan danışdı.

Yanvarın 22-də dövlət başçısının Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva, "SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot, BP qrupunun baş icraçı direktoru Robert Dadli və "Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşləri olmuşdur. Bundan başqa, İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüş keçirmişdir.

Diqqətçəkən odur ki, Davosda Azərbaycana maraq ildən-ilə artmaqdadır. Sonuncuondan əvvəlki forumlarda müxtəlif ölkələrin liderləri, nəhəng şirkətlərin rəhbərləri, məşhur iqtisadçılar Prezident İlham Əliyevlə görüşlərində onun rəhbərliyi ilə son illərdə ölkəmizdə həyata keçirilən islahatları dəstəkləyir, reallaşdırılan inkişaf proqramlarının onlarda böyük maraq və rəğbət doğurduğunu bildirirlər. Dünyanın aparıcı şirkətləri bu mötəbər forumda Azərbaycanın iqtisadi siyasətinin reallaşdırılmasında, yeni texnologiyaların və innovasiyaların tətbiqində dəstək verməyə hazır olduqlarını bildirirlər. Ölkə iqtisadiyyatındakı mövcud sabitliyin və maliyyə dayanıqlılığının ildən-ilə güclənməsi xarici sərmayədarları cəlb edir, biznesin qurulması və inkişafı istiqamətində atılan addımlar, tətbiq edilən yeniliklər və güzəştlər hamının diqqətini çəkir. Bu baxımdan dünyanın ən məşhur şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olması başa düşüləndir.

Prezident İlham Əliyev Davosda görüşdüyü şirkət rəhbərləri ilə söhbətlərində ölkəmizdə taleyüklü iqtisadi məsələlərin həlli istiqamətində müasir dünyanın tələbləri səviyyəsində islahatların aparıldığı barədə də məlumat vermiş, bir sıra şirkətlərin ölkəmizdəki fəaliyyətindən məmnun qaldığını ifadə etmiş və qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd etmişdir.

Azərbaycanın qazandığı iqtisadi uğurlar və islahatların dərinləşməsi, əldə olunan müsbət nəticələr beynəlxalq reytinqlərdə, demək olar ki, hər il təsdiqini tapır. "Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerədək yüksəlmişdir. Məhz bu amillərə əsaslanan dövlət başçısı Davosda əminliklə qarşılıqlı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin zəruriliyini görüşdüyü şirkət rəhbərlərinin diqqətinə çatdırmışdır. Bir sözlə demək olar ki, Azərbaycan Davos Dünya İqrisadi Forumunun diqqət mərkəzində olan ölkələrdəndir. Azərbaycan Prezidentinin yanvarın 21-də Davosda "Rossiya 1”, Çinin CGTN (China Global Television Network) televiziya kanallarına müsahibə verməsi də bu marağın təzahürü kimidir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 24 yanvar.- S.1; 3.