“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1.7-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 28; 2002, ¹ 8, maddə 495; 2005, ¹ 12, maddə 1111; 2007, ¹ 12, maddə 1241; 2008, ¹ 5, maddə 363; 2010, ¹ 2, maddə 80; 2017, ¹ 8, maddə 1518; 2018, ¹ 2, maddə 170; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 noyabr tarixli 336 nömrəli Fərmanı) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"3. Müəyyən edilsin ki:

3.1. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin ikinci cümləsində, 15-1.3-cü, 15-2.3-cü, 17.5-ci, 23.4-cü, 25.4-cü maddələrində, 27.3-cü maddəsinin ikinci cümləsində, 28.2-ci maddəsinin birinci hissəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 28.7-ci maddəsinin altıncı və səkkizinci cümlələrində, 28.13-cü maddəsinin birinci cümləsində, 28-1.1-ci maddəsində, 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.4-cü maddəsinin birinci hissəsində, 29.6-cı, 29.7-ci və 29.12-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin qanunun 11.4-cü maddəsinin ikinci hissəsində, 21.6-cı maddəsinin birinci cümləsində,

22-1.8-ci maddəsində, 28.2-ci maddəsinin ikinci hissəsində, 28.3-cü maddəsinin ikinci cümləsində, 28.5-ci maddəsinin üçüncü cümləsində və 30-1.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, həmçinin 8.1.1-ci, 11.1.1.1-ci, 11.1.2.1-ci, 11.1.3.2-ci və 11.1.4.3-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin qanunun 2.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.4. həmin qanunun 7.1-ci maddəsində və 25.10-cu maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

3.5. həmin qanunun 8.1.1-ci, 11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və 11.1.4.2-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti həyata keçirirlər;

3.6. həmin qanunun 8.1.3-cü maddəsində nəzərdə tutulmuş:

3.6.1. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.6.2. müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) və Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirirlər;

3.7. həmin qanunun 8.1.4-cü maddəsində nəzərdə tutulmuş:

3.7.1. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri həyata keçirirlər;

3.7.2. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.8. həmin qanunun 8.1.5-ci maddəsində nəzərdə tutulmuş:

3.8.1. müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) həyata keçirirlər;

3.8.2. müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri həyata keçirirlər;

3.8.3. müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri və Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;

3.9. həmin qanunun 8.1.6-cı maddəsində nəzərdə tutulmuş:

3.9.1. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;

3.9.2. müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri həyata keçirirlər;

3.9.3. müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər;

3.10. həmin qanunun 11.1.1.1-ci və 11.1.2.1-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölməsinin səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi həyata keçirir;

3.11. həmin qanunun 11.1.3.6-cı və 11.1.4.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri həyata keçirirlər;

3.12. həmin qanunun 11.1.3.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;

3.13. həmin qanunun 11.1.5.4-cü (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla), 11.1.7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və 11.1.8.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.14. həmin qanunun 11.1.6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.15. həmin qanunun 11.1.6.4-cü və 11.1.7.3-cü maddələrində nəzərdə tutulmuş:

3.15.1. müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri həyata keçirirlər;

3.15.2. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;

3.16. həmin qanunun 11.1.7.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;

3.17. həmin qanunun 11.1.8.1-ci maddəsində nəzərdə tutulmuş:

3.17.1. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.17.2. müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar həyata keçirirlər;

3.17.3. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;

3.17.4. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;

3.18. həmin qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri həyata keçirirlər;

3.19. həmin qanunun 22-1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasıdır;

3.20. həmin qanunun 25.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tabelik qaydasında yuxarı dövlət orqanı həyata keçirir;

3.21. həmin qanunun 28.2-ci maddəsinin birinci hissəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28-1.1-ci maddəsində, 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.4-cü maddəsinin birinci hissəsində və 29.7-ci maddəsində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir;

3.22. həmin qanunun 28.2-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;

3.23. həmin qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü və dördüncü hissələrində, 29.3-cü maddəsinin birinci və ikinci hissələrinin birinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər həyata keçirirlər;

3.24. həmin qanunun 29.12-ci (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

3.25. həmin qanunun 32-1.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanının səlahiyyətlərini:

3.25.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

3.25.2. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində həmin mərkəzi icra hakimiyyəti orqanının rəhbəri;

3.25.3. Azərbaycan Respublikası apelyasiya məhkəmələrinin aparatlarında Azərbaycan Respublikasının ədliyyə naziri;

3.25.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirirlər;

3.26. bu fərmanın 3.27-ci bəndində nəzərdə tutulmuş dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında dövlət qulluğunda olmanın yaş həddinə çatmış dövlət qulluqçusunu vəzifəyə təyin edən səlahiyyətli şəxs həmin dövlət qulluqçusunun müvafiq vəzifəyə təyin edilməsi barədə qərar qəbul etdikdə, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.2-ci maddəsinə uyğun olaraq, həmin dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılmış hesab edilir;

3.27. mərkəzi icra hakimiyyəti orqanına aid sahədə dövlət qulluğunda olmanın yaş həddinə çatmış dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda olma müddəti həmin mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən uzadılır;

3.28. bu fərmanın 3.25-ci bəndində nəzərdə tutulmuş dövlət orqanları istisna olmaqla, inzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə dövlət qulluğu keçən dövlət qulluqçusunu vəzifəyə təyin edən səlahiyyətli şəxs həmin dövlət qulluqçusunun müvafiq vəzifəyə təyin edilməsi barədə qərar qəbul etdikdə, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.3-cü maddəsində nəzərdə tutulmuş razılıq verilmiş hesab edilir;

3.29. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə minənədək elan edilmiş müsabiqələrdə iştirak edərək dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilmiş şəxslər həmin siyahıda olduqları müddətdə dövlət orqanlarında analoji vakant vəzifəyə təyin edilə bilərlər. Həmin şəxslərə dövlət qulluğu vəzifəsinə təyin olunduğu gündən sertifikat verilir.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2019-cu il

 

Azərbaycan.- 2019.- 27 yanvar.- S.2.