Milli Rəqəmsal Yaddaşda Nəsimi irsi

 

Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ilielan edilməsi haqqındamüvafiq sərəncamlarının icrası ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) cari il üçün fəaliyyət planı hazırlayıb.

Planda MEK-in fondlarında Nəsimiyə aid mühafizə olunan materialların təftişi, sənədlərin sistemli axtarışı mübadiləyə uyğunlaşdırılmış formatda elektron kataloqa, rəqəmsal bazaya daxil edilməsi, "Nəsimiadlı e-bazanın yaradılması əsas yer tutur.

Bunlarla bağlı media vasitəsilə, o cümlədən MEK-in rəsmi www.mek.az saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşımlar edilməklə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək. Bundan başqa, kitabxana sərbəst ensiklopedik resurslarda - müxtəlif dillərdə olan "Vikipediya”larda Nəsiminin həyat yaradıcılığı ilə bağlı məqalələrin yaradılmasını, mövcud olan yazıların əsaslı şəkildə redaktə edilməsini, 2019-cu ilin dekabrına qədər MEK- sərginin təşkilini, "Bir kitabın izi iləformatında elektron təqdimatın hazırlanmasını nümayişini, "Milli Rəqəmsal Yaddaşda Nəsimi irsimövzusunda müsabiqə keçirməyi nəzərdə tutub.

Bu gün Nəsimi yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz hissəsidir. Böyük mütəfəkkirin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilmiş 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

İmadəddin Nəsiminin 650 illik yibileyində şairin irsinin araşdırılması istiqamətində mühüm addımlar atılacaqdır.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 27 yanvar.- S.6.