Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2099; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə 193, ¹ 5, maddə 922) ilə təsdiq edilmiş "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”nin 3.2-ci bəndində "2019-cu il fevralın 1-də” sözləri "2020-ci il yanvarın 1-də” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2019-cu il

 

Azərbaycan. - 2019.- 29 yanvar.- S.3.