“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqındaAzərbaycan Respublikası Konstitusiya Qanununun "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 115; 2004, ¹ 9, maddə 665; 2006, ¹ 3, maddə 207, ¹ 11, maddə 909; 2007, ¹ 10, maddə 928; 2009, ¹ 10, maddə 761, ¹ 12, maddə 944; 2011, ¹ 6, maddə 459, ¹ 8, maddə 749; 2014, ¹ 7, maddə 757; 2016, ¹ 4, maddə 655; 2018, ¹ 11, maddə 2184, ¹ 12 (I kitab), maddə 2480) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci maddənin birinci cümləsində " ya yenidən baxılmasınasözləri ", ləğv edilməsinə ya qanunlarda dəyişikliklər edilməsinəsözləri ilə əvəz edilsin;

1.2. 9.2-ci maddədə "göstərilmədikdəsözü " imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqdasözləri ilə əvəz edilsin;

1.3. 9.3-cü maddədə "edilə bilərsözləri "edilirsözü ilə əvəz edilsin;

1.4. 10.1-ci maddənin birinci abzasında "edə bilərsözləri "edirsözü ilə əvəz edilsin;

1.5. 10.2-ci maddədə, 12.1-ci maddənin ikinci cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1-ci 13-1.5-ci maddələrin birinci cümlələrində "günsözü " günüsözləri ilə əvəz edilsin;

1.6. 12.4-cü maddədə "apara bilərsözləri "aparırsözü ilə əvəz edilsin;

1.7. 12.6-cı maddənin ikinci cümləsində "gün uzadıla bilərsözləri "günədək uzadılırsözləri ilə əvəz edilsin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

"Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.”;

1.8. 13.2-ci maddənin birinci abzasında "keçirə bilərsözləri "keçirirsözü ilə əvəz edilsin;

1.9. 13.2.1-ci maddənin ikinci cümləsində "edə bilərsözləri "edirsözü ilə əvəz edilsin.

2. "Normativ hüquqi aktlar haqqındaAzərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 69; 2016, ¹ 10, maddə 1600; 2018, ¹ 7 (I kitab), maddə 1396, ¹ 12 (I kitab), maddə 2513; 2019, ¹ 5, maddə 809) 73.6-cı maddəsinə "layihəsisözündən sonra "müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmışsözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2020-ci il

 

Azərbaycan.- 2020.- 15 aprel.- S.6.