Ən tələbkar oxucular

 

Kitab - sənin ilk dostun

 

Uşaqların intellektual inkişafında kitabların rolu əvəzsizdir. Bu baxımdan kiçik yaşlarından onlara kitaba sevgi, mütaliə vərdişləri aşılanmalıdır. Uşaqların milli ruhda, soykökünə bağlı, mənəvi cəhətdən sağlam, geniş dünyagörüşə malik insan kimi yetişməsinə müsbət təsir göstərən əsərlərin nəşr olunması isə ən vacib məsələlərdən biridir.

Uşaq kitablarının tarixi 1477-ci ildə antik yunan müəllifi Ezopun mahnılarının yazılı toplu şəklində çap edilməsi ilk addım sayılır. 1658-ci ildə çex maarifçisi pedaqoqu Y.A.Komenski uşaqlara dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib. Onların öz zövqlərinə görə kitab seçmək imkanı XVIII əsrdən yaranmağa başlayıb. D.Defo C.Sviftin "Robinzon Kruzo "Qulliverin səyahəti romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Həmin əsərlər, eləcə Yakov Vilhelm Qrimm qardaşlarının, Hans Xristian Andersenin qələmə aldığı nağıllar bu gün çox sevilir.

Zaman irəlilədikcə şifahi xalq ədəbiyyatı nümunələri unudulmayıb, toplanaraq qələmə alınıb. Uşaq ədəbiyyatının ilk nümunələri beləcə yaddaşlardan kitablara köçürülüb.

Azərbaycan uşaq ədəbiyyatı da hələ yazının kəşf olunmadığı dövrlərdə meydana çıxıb. Sonralar, xüsusilə orta əsrlərdə yeni nəslin tərbiyəsinə müsbət təsir göstərən əsərlər qələmə alınsa da, bu sahədə boşluq yaranıb. Ədəbiyyatşünas alim Xeyrulla Məmmədov qədim orta əsrlərdə Azərbaycan uşaq ədəbiyyatının yoxluğunu, XIX əsrin birinci ikinci yarısında məktəblərin dərs oxu kitablarına yaranmış ehtiyacını təmin etmək məqsədilə klassik irsə müraciət edən orada məqsədə müvafiq bir şey tapa bilməyib əliboş geri qayıdan maarif ədəbiyyat xadimlərinin fikirlərini yazıb.

Ümumiyyətlə, XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri hesab edirlər. Azərbaycanda XIX-XX əsrlər uşaq ədəbiyyatının inkişaf yolu da diqqətəlayiqdir. Həmin dövrdə uşaq gənclərin bir şəxsiyyət kimi formalaşması üçün maarifçi-yazıçılar bir sıra maraqlı əsərlər yaradıblar. X.Məmmədov qeyd edib ki, qələmə alınmış müxtəlif janrlı bu əsərlər sonrakı illərdə yazılan uşaq əsərlərinin məzmun formaca zənginləşməsinə, bir müstəqil sahə kimi genişlənməsinə səbəb olub. Uşaq ədəbiyyatının inkişaf mərhələsində Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Firudin bəy Köçərli, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Rəşid Əfəndizadə, Abdulla Şaiq başqalarının adları xüsusi qeyd olunmalıdır. Mirzə Ələkbər Sabirin "Uşaq buz, "Məktəb şərqisi, Abbas Səhhətin "Yaz səhəri, Süleyman Sani Axundovun "Qaraca qız digər əsərlər maraqlı, məzmunlu olduğu qədər oxunaqlığına, dilinin rəvanlığına görə dəyərlidir. Bu ədəbi-bədii nümunələr uşaqların yaddaşında silinməz iz buraxır.

Onu da qeyd edək ki, uşaq ədəbiyyatı üzrə Nobel mükafatı olan "Hans Xristian Andersen mükafatının təsis edilməsi təklifini 1953-cü ildə Yella Lepman irəli sürüb. Həmin il təsis olunan mükafat uşaq ədəbiyyatı xəzinəsinə ən maraqlı əsərlər bəxş edən müəlliflərə, dünyanın 20 ölkəsindən 23 yazıçı uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı-rəssama təqdim edilib.

Oxu mədəniyyəti vərdişi uşaqlıqdan aşılanmalıdır. Bu məsələdə həm ailənin, həm məktəbin rolu danılmazdır. Pedaqoqlar uşaqların əvvəlcə kitablara bir oyuncaq kimi yanaşdıqlarını nəzərə çatdırırlar. Onlar sadəcə kitabın səhifələrini vərəqləməkdən xoşlanırlar. İki yaşından başlayaraq uşaq rəsmli, əlində tuta biləcəyi kiçik kitablara maraq göstərir. Üç-dörd yaşlı uşaqlar isə onlara rəsmli nağıl kitablarının oxunmasını istəyirlər. Valideynlər övladlarının istəklərinə bu məsələdə çox diqqətli həssas olmalıdırlar. Uşaqlar kitaba alışdıqca nağılı başa düşməyə səy göstərirlər. Oxu mədəniyyəti vərdişləri yarandıqca onların söz ehtiyatı zənginləşir, zehni inkişaf edir. Onlar üçün yazmaq böyük məsuliyyət, həssaslıq tələb edir.

Doğrudur, onların həyat təcrübələri, mütaliələri böyüklər qədər zəngin deyil. Ancaq özlərinə məxsus həssaslıqla səmimiyyəti duya bilirlər. Odur ki, uşaqlar üçün yazılan əsərlər təbiiliyi, dilinin aydınlığı, səlistliyi, dolğun məzmunu ilə seçilməli, düşündürücü olmalıdır.

 

 

Azərbaycan.- 2020.- 15 aprel.- S.10.