Məcburi köçkünlər də karantin qanunlarını təqdir edir

 

Möhtərəm Prezident cənab İlham Əliyev və əzizimiz Birinci vitse-prezident Mehriban xanım Əliyeva!

Bu məktubu Sizə Abşeron rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkünlər adından ünvanlayırıq.

Hər zaman insanların sevincini sevinciniz, kədər-qəmini özünüzünkü bilmisiniz. Bunu xalqımız heç vaxt unutmayacaq. Anaların, bacıların, onların övladlarının hər birinə diqqət və qayğı göstərirsiniz. Bizim hər birimizbuna cavab olaraq qəlbimizdə sizlərə və ailənizə sevgi bəsləyirik.

Hörmətli Prezidentimizin rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı aparılan mübarizədə dövlətimizin bütün idarə-müəssisələri, eləcə də ictimai təşkilatları səfərbər olunub. Sosial müdafiəyə ehtiyacı olan biz məcburi köçkünlərin də problemlərini unutmadınız. Karantin rejimi ilə əlaqədar müəllim və şagirdlər də evdə qalmağa məcbur oldu. Lakin onların təhsillərini evdə davam etdirmələri üçün hökumət Təhsil Nazirliyinə bir sıra tapşırıq, Siz isə tövsiyələrinizi verdiniz. Bu gün bütünlüklə məktəblilərimiz "evdə qal, təhsil al” kampaniyasında öz təhsillərini davam etdirir. Bu, müəllimlər tərəfindən videodərslər şəklində həyata keçirilir.

"Biz birlikdə güclüyük!”

Hörmətli Prezidentimiz, Sizin söylədiyiniz bu fikir ictimaiyyət arasında bir möhtəşəm çağırış-şüara çevrilib.

Yaşı 65-dən yuxarı, tənha və kimsəsizlərə bu karantin dövründə evdə xidmət göstərilməsi də əhali tərəfindən birmənalı şəkildə alqışlanır. Belə diqqət və qayğı eyni zamanda biz məcburi köçkünlərə də göstərilir.

İnternet, sosial şəbəkələrin az qala hüdudsuz görünən imkanlarından bəhrələnib bəşəri ideyaları - sülhü, dostluğu, həmrəyliyimizi, humanizmi, birliyimizi, gücümüzü göstərmək üçün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə sizinlə olmağı özümüzə borc bilirik. Çünki Siz ölkəmizin hər bir vətəndaşının Prezidenti olduğunuzu bu ağır günlərdə də təsdiqləyirsiniz! BizSizin xalqımızla bir olmağınızı, sağlamlığımızı hər şeydən üstün tutmağınızı duyur, görür və siyasətinizi dəstəkləyirik! Biz də sizinlə güclüyük, cənab Prezident! Siz xalqa, xalq da Sizə arxalanır! Bu birliyimizlə biz pandemiya ilə mübarizədən qalib çıxacağıq!

Sağlam və xoşbəxt gələcəyə doğru, işıqlı günlərimizə aparan yolu sizinlə - cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə addımlayaq! Biz birlikdə güclüyük!

 

Gültəkin CƏLİLOVA,

Kəlbəcər rayonunun Bakı şəhərində yerləşən

 21 nömrəli tam orta məktəbinin müəllimi

Azərbaycan.-2020.- 16 aprel.- S.5.