A.Ə.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov "Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2020-ci il.

Azərbaycan.-2020.- 18 aprel.- S.3.