Prezidentdən xalqa növbəti möhtəşəm dəstək

 

İlham Əliyev qlobal pandemiya dövrü üçün təqdim etdiyi genişmiqyaslı iqtisadisosial paketin maliyyə həcmini 3,5 milyard manatadək artırır

 

Dünya dövlətlərinin koronavirus pandemiyası ilə mübarizəsi davam edir. Hətta ən çox inkişaf etmiş ölkələr belə yaranmış çətinliklər qarşısında aciz qalıblar. Bəzi ölkələrdə ölümyoluxma faktları artsa da, qabaqlayıcı tədbirlər görən dövlətlərdə müsbət dinamikanın ilk təzahürləri özünü göstərir. Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr sırasındadır.

Ölkədə artıq koronavirusdan sağalanların sayının yoluxanların sayından çox olması onu göstərir ki, görülən qabaqlayıcı tədbirlər effektiv nəticələrini verir. Ancaq buna baxmayaraq, hökumət daha müsbət dinamikanın əldə edilməsi üçün aprelin 20-dək elan edilən karantin rejiminin müddətini daha 2 həftə uzatdı.

Prezident İlham Əliyev karantin rejiminin uzadılması təklifini dəyərləndirərək müsbət dinamikanın dayanıqlı olması üçün vaxtın uzadılmasını yeganə düzgün qərar adlandırdı.

 

 

Karantin rejimi - 1 milyona yaxın insan işləmir, amma dövlət maaşlarını verir

 

Hələ karantin rejiminin tətbiqindən öncə ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar olaraq böyük iqtisadi-sosial paketini təqdim edən Prezident İlham Əliyev bir daha humanist siyasətinə sadiqliyini göstərdi. Dövlət başçısının təşəbbüsü ilə hazırlanan dəstək proqramlarına əsasən karantin dövründə işsiz qalan insanların sosial durumunun yaxşılaşdırılması, muzdla işləyənlərin əməkhaqlarının dövlət tərəfindən ödənilməsi həyata keçirildi.

Maliyyə tutumu 2,5 milyard manat olan bu paket müstəqillik dövrünün ən böyük sosial dəstək proqramı oldu.

Belə ki, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılandı. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çox idi. Eyni zamanda 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırdı. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək aldı.

Artıq 12 mindən çox vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə 23 min fərdi sahibkara Maliyyə Nazirliyi agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.

Prezidentin tapşırığına uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb. Dəyişikliklər 3 istiqamət üzrədir. Birinci istiqamətə əsasən pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri vergi tətilləri təklif olunub. Burada əmlak torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi digər tədbirlər.

İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması ödənilməsi üzrə vergi tətillərinin verilməsidir.

Üçüncü istiqamətin bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır. Belə ki, 2021-ci il yanvarın 1-dək olan dövr üzrə onlara bir çox vergi güzəştləri nəzərdə tutulur. Bunlar epidemiyanın qarşısının alınması, əhalinin həyat sağlamlığının qorunması məqsədilə vergi-ödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq tibbi ehtiyacları üçün zəruri olan siyahısı, Prezident tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsidir.

Sahibkarlıq subyektləri ilə yanaşı, həmçinin dövlət vətəndaşın sosial rifah halının yaxşılaşdırılması istiqamətində işsiz insanlara da kifayət qədər vəsait ayırıb. Belə ki, aprel ayı üçün dövlət 200 min işsiz insana 190 manat yardım ayırıb.

Bununla yanaşı, dövlət sektorunda işləyənlərin əməkhaqları da tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Bu da dövlətin humanist siyasətinin bariz təcəssümüdür.

 

 

Dövlət 600 min işsiz insana 2 ay (aprel-may) 190 manat ödəyəcək

 

 

Karantin rejiminin mayın 4-dək uzadılması isə o deməkdir ki, dövlət insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha əlavə vəsait ayırmalıdır. Aprelin 17-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçirdiyi iclasda bu məsələyə toxunaraq bildirdi ki, dövlət ilk olaraq aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməlidir.

Prezident bildirdi ki, yardım edilən işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılmalıdır. Yəni 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir.

Əlavə edək ki, bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür.

Beləliklə, aprelin 17-də Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Ancaq Prezident təklif etdi ki, bu vəsaiti alacaq vətəndaşlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Yəni birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların bank hesabı açmağa imkanı olmayacaq. Ancaq ikinci ödəniş may ayında veriləcəyi üçün bank hesabı açmağa vaxt var. Əlbəttə ki, dövlətin ayırdığı vəsaitin köçürülmə yolu ilə təqdim edilməsi ilk növbədə şəffaflığın göstəricisidir. Prezident məhz bunun üçün aidiyyəti təşkilatlara göstəriş verdi.

 

 

İqtisadi sosial paketin maliyyə tutumu daha da böyüyəcək

 

 

Bu tədbirlərin həyata keçirilməsi ilə dövlət həm əhalinin sosial müdafiəsini gücləndirəcək, eyni zamanda, sahibkarlara əlavə dəstək verəcək ən önəmlisi, insanların həyatını, sağlamlığını qoruyacaq.

Təbii ki, bütün bunları şərtləndirən amil dövlətin imkanlarının göstəricisi, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların uğurlu nəticələridir. Dövlətin iqtisadi qüdrəti gücləndikcə, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır, pensiya maaşlar, təqaüdlər artırılır.

Pandemiya dövründə Azərbaycan dövlətinin həyata keçirdiyi həm qabaqlayıcı tədbirlər, həm izolyasiya prosesi əlbəttə ki, böyük maliyyə vəsaiti tələb edirdi.

Prezident İlham Əliyev düşünülmüş və uzaqgörən siyasəti ilə Azərbaycanın bu bəladan az itkilərlə çıxması üçün bütün imkanlarından istifadə edir. Dövlət başçısı üçün insan amili, vətəndaşın sağlamlığı hər şeydən üstündür. Ona görə də Prezidentin ən böyük sosialiqtisadi paketini məhz pandemiya dövründə təqdim etməsi xalqa xidmət nümunəsinin əyani göstəricisidir.

Əlavə edək ki, dövlət başçısının çoxşaxəli iqtisadisosial paketinin maliyyə dəyəri 2,5 milyard manat həcmində idi. Aprelin 17-də Prezidentin verdiyi tapşırıqlar isə göstərdi ki, bu paketin maliyyə tutumu daha da böyüyəcək. Dövlət başçısının dediyi kimi, paketin maliyyə həcmi 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək.

Prezident İlham Əliyev dövlətin bu istiqamətdə atdığı addımları dəyərləndirərək vurğuladı ki, hökumət nə qədər lazımdırsa, o qədər vəsait ayıracaq. Bir sözlə, Azərbaycan dövləti bu vəziyyətdən az itkilərlə çıxmaq, insanların həyatını qorumaqpostpandemiya dövrünə hazır olmaq üçün bütün imkanları səfərbər edib.

Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır. Dövlət başçısına ünvanlanan minlərlə məktubda sadə vətəndaşların onlara göstərilən diqqət və qayğıya görə sonsuz minnətdarlıq hissələri ifadə olunur.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 21 aprel.- S.1;5.