COVID-19-un Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısı alınır

 

Vətəndaşların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər görülür

 

Dünyanın nizamını pozan yeni növ koronavirus, COVID-19 virusu ilə mübarizə davam edir. Qlobal pandemiyanın qarşısını almaq üçün bütün ölkələrdə profilaktik tədbirlər görülür, sosial izolyasiya qaydaları tətbiq olunur.

Azərbaycanda da COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar əsaslı işlər həyata keçirilir.

Bu məqsədlə xüsusi karantin rejiminin 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uzadılır. Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

COVID-19 virusuna yoluxma dinamikası xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

Tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasına qarşı görülən tədbirlərə, virusa yoluxanların müalicəsinə, sahibkarlara, sosial həssas ailələrə, eləcə sadə insanlara göstərilən diqqət qayğıya görə dövlət başçısı İlham Əliyevə vətəndaşlar tərəfindən minnətdarlıq məktubları gəlməkdə davam edir.

 

İcazələrin statusu "myGovportalına köçürülüb

 

 

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf operativ xidmət göstərən "myGovelektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib. Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna "myGovportalında baxa bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bunun üçün vətəndaş "myGovportalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarımbölməsini seçir, açılan pəncərədə "İcazələrin Alınması Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa ya "yüklədüyməsinə sıxaraq elektron formasını kompüterinə ya telefonuna yükləyə bilər.

Alternativ olaraq portalın "Bütün xidmətlərbölməsində "Qurumlar üzrəaltbölməsinə keçid edərək açılan siyahıdan "Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə "İcazələrin Alınması Monitorinqi Sistemindən arayışseçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.

"myGovportalına əlavə olunan yeni funksionallıqdan biri vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin "myGovplatformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən istənilən vaxtda "myGovportalına daxil olaraq icazə arayışını yoxlaya bilər.

 

 

Karantin rejimini pozanlar məsuliyyətə cəlb olunurlar

 

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

 

Dünyanın koronavirus mənzərəsi

 

 

Almaniyada 1775 nəfər yeni növ koronavirusa yoluxub, ölkədə xəstəliyə yoluxanların sayı 141 672 nəfərə çatıb. Robert Kox İnstitutunun məlumatına görə, Almaniyada son sutka ərzində 110 nəfər COVID-1 virusundan vəfat edib. Ölkədə xəstəlikdən ölənlərin sayı 4404 nəfərə yüksəlib, sağalanların sayı 91,5 min nəfərdir.

Fransanın Baş Naziri Edur Filip ölkəsində koronavirusla bağlı vəziyyətin tədricən yaxşılaşdığını, lakin eyni zamanda səhiyyə sahəsindəki böhranın hələ bitmədiyini vurğulayıb. Onun sözlərinə görə, xəstəxanalarda epidemiyanın yüngülləşməsinin ilk əlamətləri ortaya çıxıb, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran isə yeni başlayır çox sərt olacaq.

Son məlumatlara görə, Fransada koronavirusdan 20 minə yaxın insan ölüb. Ölkədə beşhəftəlik karantin tətbiq edilsə , mayın 11-dən etibarən məhdudiyyətlərin bir qədər yumşaldılması planlaşdırılır.

Belçikada koronavirusa yoluxanların sayı 1 478 nəfər artıb. Ölkədə virusa yoluxanların ümumi sayı 39 983-ə çatıb. Son sutkada 168 nəfər COVID-19-un qurbanı olub. Ümumilikdə krallıqda koronavirusdan 5 828 nəfər ölüb.

 

Avropa İttifaqına 1,5 trilyon avro məbləğində fondun yaradılması təklif ediləcək

 

 

Son statistikaya əsasən, İspaniyada yeni növ koronavirusdan daha 399 nəfər vəfat edib. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, bununla da koronavirusdan ölənlərin sayı 20 852 nəfərə çatıb. Qeyd olunub ki, İspaniyada son sutka ərzində koronavirusa 4266 yeni yoluxma faktı qeydə alınıb indiyə kimi xəstəliyə yoluxanların sayı 200 210 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı isə 80 587 nəfərdir.

İspaniya koronavirus pandemiyasından daha çox əziyyət çəkən ölkələrin bərpası üçün Avropa İttifaqına 1,5 trilyon avro məbləğində fondun yaradılmasını təklif edəcək. İspaniyanın Baş Naziri Pedro Sançes belə təkliflə bu həftə Aİ-nin sammiti zamanı çıxış edəcək. Madridin planına əsasən, yeni yaradılacaq fond Aİ-nin 27 üzv ölkəsi tərəfindən tələb olunan müddətsiz borc hesabına maliyyələşdiriləcək.

Eyni zamanda ayrı-ayrı dövlətlərə verilən vəsait borc yox, köçürmə olaraq nəzərə alınacaq.

İsraildə koronavirusa yoluxanların sayı son sutka ərzində 129 nəfər artaraq 13 491-ə çatıb. Ölənlərin sayı 1 nəfər artaraq 172-yə yüksəlib. Ümumilikdə isə 3754 nəfər sağalıb.

Rusiyada son sutka ərzində daha 4268 nəfər koronavirusa yoluxub ölkə ərazisində COVID-19-a yoluxanların ümumi sayı 47 121 nəfərə çatıb.

Koronavirusdan ölənlərin sayı isə 405-ə çatıb. Sağalanların sayı 3446 nəfərdir.

Türkiyədə COVID-19-a yoluxma sayı 86 304 nəfərə, virusdan ölənlərin sayı isə 2017-yə çatıb.

Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı 399 nəfər olub. Ölkə üzrə karantində 4782 nəfər saxlanılır, stasionar müalicədə isə 503 nəfər var. Virusa yoluxmuş şəxslərdən 93-ü sağalıb, 4 nəfər isə vəfat edib.

İranda son 24 saat ərzində yeni növ koronavirusdan daha 91 nəfər vəfat edib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 5209 nəfərə çatıb.

Ermənistanda son sutka ərzində daha 48 nəfər yeni növ koronavirusa yoluxub bununla da ümumi yoluxanların sayı 1339 nəfər olub. Son sutka ərzində isə ölkədə daha 2 nəfər ölüb koronavirusdan ölənlərin sayı 22 nəfərə yüksəlib.

Son sutka ərzində Çində yeni növ koronavirusa yoluxanların sayı 12 nəfər artıb, ölən yoxdur. Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib ki, yoluxanlardan 12 nəfər xaricdən gəlib və bununla da xaricdən gələn yoluxanların ümumi sayı 1583 nəfərə çatıb.

Çinin daxilində isə daha dörd yeni koronavirus infeksiyası aşkar edilib: Heylutsyan vilayətində (3 nəfər) və Daxili Monqolustan muxtar rayonunda.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 82 747 nəfərə çatıb, onlardan 77 084-ü sağalıb, 4 632-si ölüb. Daha 1031 nəfər müalicə alır və 81 nəfərin isə vəziyyəti ağır qiymətləndirilir.

 

 

Hamı maska taxmalıdır

 

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov söyləyib ki, əvvəlcə maskanın yalnız xəstələr tərəfindən istifadəsi deyilirdisə, indi hamının taxması tövsiyə edilir: "Bununla bağlı təşviqat bütün dünya ölkələrində aparılır. Karantin tədbirləri yumşaldılsa belə, insanlar hələ bir müddət maskadan istifadə etməli və əllərin gigiyenasına əməl etməlidirlər. Koronavirus pandemiyasının nə vaxt qurtaracağı barədə isə heç kim proqnoz verə bilmir. Ona görə də bu hələ çox uzun müddət bizim həyatımızın normasına çevriləcək”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı da bildirib ki, bir il boyunca koronavirus gündəmdən çıxmayacaq: "Koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat verə bilmərik. Ona görə də bu barədə dəqiq fikir bildirmək düzgün deyil. Çünki virusun yaranma səbəbləri də hələlik bəlli deyil”.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 21 aprel.- S.5.