Ermənilərin 24 aprel uydurması, Azərbaycanın 2 aprel həqiqəti

 

Ermənilərin "24 aprel soyqırımı" yalanı

 

1915-ci il aprelin 24-ü erməni terror təşkilatları - "Qnçaq, "Daşnak və "Ramqavarın rəhbərlərinin həbs olunduğu gündür. Bu təşkilatlar XIX əsrin sonu-XX əsrin əvvəllərində azərbaycanlılara və türklərə qarşı terror və qətliamlar törətmək məqsədilə yaradılmışdı. 24 aprel həbsi isə onların niyyətlərinin qarşısını almışdı.

 

 

Qondarma iddia ilə bağlı fakt yoxdur

 

 

Əslində, nə 1915-ci il aprelin 24-də, nə də ondan bir neçə gün əvvəl və sonra Anadoluda heç bir döyüşya köçürmə hadisəsi baş verməyib. Ermənilər həmin tarixi ona görə "soyqırımı günü kimi qeyd edirlər ki, qurduqları plan boşa çıxmış, terrorçu liderləri məhz həmin gün həbs olunmuşdular. Arxiv məlumatlarına əsasən tarixi həqiqətlər bundan ibarətdir ki, Birinci Dünya müharibəsi zamanı Şərqi Anadolunun erməni əhalisi Osmanlı dövlətinə qarşı qiyam qaldırmışdı. Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur olmuşdu. Fevralın 25-də ordunun baş qərargahı ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə bütün hərbi hissələrə təlimat göndərdi. Aprelin 24-də isə Daxili İşlər Nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, əmlaklarının müsadirə edilməsi və komitə başçılarının həbs olunması barədə əmr vermişdi.

Sonralar erməni millətçiləri Türkiyə və Azərbaycan ərazilərində insanlığa qarşı törətdikləri dəhşətli soyqırımı cinayətlərini ört-basdır etmək üçün yalançı "soyqırımı mifini uyduraraq erməniləri dünyanın "əzabkeş xalqı kimi qələmə verməyə başladılar. Maraqlıdır ki, ermənilər ötən əsrin 50-ci illərinə qədər bu barədə müzakirə açmayıblar. Soyqırımı iddiaları yalnız 1950-ci illərdən gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar AmerikaAvropada erməni lobbisinin dəstəyi ilə kampaniyaya çevrilib.

Lakin ermənilər onlara qarşı "soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə dövlətinin təkidinə baxmayaraq, indiyə qədər Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını heç bir vəchlə istəməyib. Qondarma "soyqırımını tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə alim göndərməkdə maraqlı olmayıb.

 

 

Soyqırımı cinayətlərini əslində ermənilər törədiblər

 

 

Beləliklə, tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmayıblar. Əksinə, sərsəm "böyük Ermənistan xülyasını gerçəkləşdirmək üçün XIX əsrin sonlarından başlayaraq ən dəhşətli soyqırımı cinayətləri həyata keçiriblər. Xüsusən Qafqazda ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ keçirilən soyqırımı cinayətləri nəticəsində azərbaycanlılar yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib.

XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illər hadisələri zamanı Bakıda, Qarabağda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən mərhələdə daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində misli görünməmiş soyqırımı cinayətləri törədiblər. Bakıda, Qarabağda, Şamaxıda, Zəngəzurda, Qubada, Lənkəranda, Naxçıvanda 50 mindən artıq azərbaycanlını qətlə yetiriblər. Sovet illərində isə yüz minlərlə azərbaycanlı öz tarixi torpağından, indi Ermənistan adlandırılan ərazilərdən didərgin salınıb. Bununla da Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrilib.

Etnik təmizləmə siyasətini başa çatdıran ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda terrorçuluq dalğasını genişləndirdilər, soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verdilər. 1992-ci il fevralın ortalarında Xocavənd rayonunun Qaradağlı kəndində soyqırımı həyata keçirdilər. Həmin il fevralın 25-də isə sovet ordusundan qalma 366-cı alayın köməyi ilə Xocalıya hücum edərək dinc azərbaycanlılara vəhşicəsinə divan tutdular, daha bir dəhşətli soyqırımını törətdilər.

Ermənilər 90-cı illərdə Bakı şəhərində Azərbaycanın ayrı-ayrı yerlərində, qatarlarda, metroda qanlı terror aksiyaları həyata keçirdilər. Xalqımıza qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik cinayətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir.

Ermənilər tərəfindən aparılan soyqırımı, deportasiya etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirib. 1991-1993-cü illərdə isə 20 faizə qədər ərazimiz işğal edilib. Tarixi şərait səbəbindən uzun illər baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb. Ermənilərin işğalçılıq etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırımı cinayətləri tarix boyu davam etsə , imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına araşdırılmasına imkan verməyib. Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə xalqına qarşı işğalçılıq soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya çatdırmaq, hüquqi-siyasi qiymət vermək mümkün oldu. Xüsusilə qeyd etməliyik ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.

 

 

İlham Əliyev Ermənistanı küncə sıxışdırıb

 

 

 

Bütövlükdə tarixi mənbələr sübut edir ki, dünya erməniliyinin əlində bayraq etdiyi soyqırımı iddiaları əslində yalandan, sərsəmləmədən başqa bir şey deyil. Əsl həqiqətlər ermənilərin öz niyyətlərini həyata keçirmək üçün Azərbaycan xalqına qarşı keçirdikləri soyqırımı cinayətləridir.

Bu gün yeni həqiqətlər meydana çıxır. Ermənilərin xalqımıza qarşı törətdikləri XX əsr boyu faciələr xüsusən yaxın tariximizdə baş versə , beynəlxalq birlik uzun illər bu barədə susub. Lakin Azərbaycanın yürütdüyü hücumçu siyasətin nəticəsi olaraq bu məsələdə artıq dönüş yaranıb. Bu mənada əsas həqiqətlərdən biri odur ki, məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Azərbaycan Prezidenti beynəlxalq səviyyədə ardıcıl müntəzəm aparır, onilliklər boyu formalaşmış stereotipləri yanlış siyasi yanaşmaları dəyişdirir. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq təşkilatların tədbirlərində çıxışları zamanı əsas vurğunu torpaqlarımızın Ermənistan tərəfindən işğalı faktı üzərinə qoymaqla həqiqətləri dayanmadan, ardıcıl, sistemli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Təsadüfi deyil ki, artıq erməni diasporu, Ermənistanın lobbiçiliyi ilə məşğul olan bəlli dairələr əvvəlki kimi beynəlxalq ictimaiyyəti öz yalanlarına inandıra bilmirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində həm Ermənistanın iqtisadi blokadası dərinləşib Azərbaycan aparılan sülh danışıqlarında mühüm beynəlxalq siyasi diplomatik üstünlük əldə edib.

Azərbaycanın inkişafı beynəlxalq mövqelərinin güclənməsi son illərin əsas reallıqlarından biridir. Dünyanın enerji təhlükəsizliyinə, terrorizmlə mübarizəyə böyük töhfələr verən, inkişafa nail olan Azərbaycan həm dünya birliyində özünə layiqli yer tutub, həm regionun aparıcı dövlətinə çevrilib. Təbii ki, bunlar dünyanın ölkəmizi daha yaxından tanıması, Azərbaycan həqiqətlərinin qəbul edilməsi, o cümlədən Dağlıq Qarabağ danışıqlarında respublikamızın üstün mövqeyinin təmin olunması baxımından vacib amillərdir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət! kampaniyası da effektiv nəticələr verməkdədir. Bunların nəticəsidir ki, Xocalıda xalqımıza qarşı törədilənləri soyqırımı cinayəti kimi tanıyan dövlətlərin sayı artmaqdadır.

Bütün bunlar təsdiqləyir ki, Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin yayılması istiqamətində müəyyən etdiyi xətt özünü doğruldur. Bütövlükdə Azərbaycan Prezidentinin uğurlu diplomatik gedişləri nəticəsində Ermənistanın beynəlxalq səviyyədə təcrid olunması daha da sürətlənib dünya artıq erməni yalanlarına inanmır.

 

 

Aprel zəfəri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu

 

 

4 il əvvəl, aprel ayının əvvəllərində Azərbaycan Ordusunun cəbhə xəttində erməni təxribatına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar isə yeni bir həqiqəti ortaya qoydu. Tarixə "Aprel döyüşləri kimi düşən bu hadisələrdə Azərbaycan Ordusu erməni hərbi birləşmələrinə sarsıdıcı zərbə vurdu. İşğal altında olan minlərlə hektar ərazimiz, o cümlədən strateji Lələtəpə yüksəkliyi düşməndən azad edildi, Cocuq Mərcanlı kəndi üçün təhlükə tamamilə aradan qaldırıldı.

Həmin günlərdə erməni hərbi birləşmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etmək cəhdləri, kəndləri artilleriya atəşinə tutmaları, dinc əhalini hədəfə almaları, hər şeydən öncə, Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin növbəti təsdiqi oldu. Bir daha sübut edildi ki, rəsmi Yerevan Dağlıq Qarabağ probleminin yoluna qoyulmasında konstruktiv mövqe ortaya qoymaqda maraqlı deyil. Lakin bunun qarşılığında Azərbaycanın gücünü gördülər. Başa düşdülər ki, Azərbaycan ərazi bütövlüyünün bərpasını sadəcə diplomatik danışıqlarla təmin etmək niyyətində deyil.

Hərb tariximizə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel hadisələri Silahlı Qüvvələrimizin gücünün və peşəkarlığının praktik təsdiqi oldu. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək. Hadisələr həm də Azərbaycan əsgərinin vətənpərvərliyini, döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu, həmçinin xalqımızın həmrəyliyini, heç vaxt işğalla barışmayacağını göstərdi.

Aprel döyüşləri həm də mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Dünya gördü ki, hərbi toqquşmalar hər an yenidən alovlana bilər. Lakin ən əsası, sübut olundu ki, Azərbaycan Ordusu baş verə biləcək müharibəni qısa müddətdə qələbə ilə başa çatdırmağa qadirdir.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 24 aprel.- S.5-6.