Azərbaycan koronavirusla mübarizə üsuluna görə dünyada ön sıralardadır

 

Çində ayaq açıb qısa zamanda bütün dünyaya yayılan yeni tip koronavirus ciddi fəsadlar törətməkdə davam edir. Son sutka ərzində planetimizdə bu infeksiyaya daha 80 960 nəfər yoluxub. Bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 2 708 590 nəfər olub.

Cons Hopkins Universitetinin hesabatına görə, COVID-19-dan ölənlərin ümumi sayı 190 490 nəfərə çatıb. 737 mindən artıq insan isə infeksiyadan sağalıb.

 

 

Ölkələrin COVID-19 statistikası

 

 

Ölkələr üzrə hesabatda bildirilir ki, ən çox yoluxma halları ABŞ-da - 873 137 (49 759 ölüm), İspaniyada - 213 024 (22 157 ölüm), İtaliyada - 189 973 (25 549 ölüm), Fransada - 159 460 (21 856 ölüm), Almaniyada - 151 784 (5 404 ölüm), Böyük Britaniyada - 139 246 (18 738 ölüm), Türkiyədə - 101 790 (2 491 ölüm) qeydə alınıb.

COVID-19-un "vətən”i Çində 2019-cu ilin dekabrından koronavirusa 82,8 mindən artıq insan yoluxub, 4,6 mindən çox ölüm halı qeydə alınıb. Ölkədə infeksiyaya yoluxanların 93,3 faizi sağalıb.

Braziliyada 49 492 nəfərdə koronavirus aşkarlanıb 3313 nəfər virusun qurbanı olub.

İsraildə COVID-19-a yoluxanların sayı 14 882-yə çatıb. 193 nəfər həyatını itirib.

Rusiya ərazisində COVID-19-a 68 622 yoluxma halı aşkarlanıb ölənlərin sayı isə 615 nəfərə çatıb. Xəstəlikdən sağalanlar 5568 nəfərdir.

Ukraynada koronavirusa yoluxma faktlarının sayı 7647-yə yüksəlib. İndiyədək 601 nəfər koronavirusdan sağalıb, 193 nəfər isə həyatını itirib.

Gürcüstanda koronavirusa yoluxanların sayı 431-ə yüksəlib. 114-ü sağalıb, 5-i dünyasını dəyişib.

Ermənistanda koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb 27 nəfər ölüb.

Qazaxıstanda indiyədək 2344 yoluxma, 22 ölüm, Qırğızıstanda 656 yoluxma, 8 ölüm, Özbəkistanda 1778 yoluxma 7 ölüm faktı qeydə alınıb.

 

 

Azərbaycan koronavirusa qarşı mübarizədə nümunə göstərir

 

 

 

Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan dünyasını dəyişir. Heç bir ölkənin səhiyyə sistemi sayı artmaqda olan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Azərbaycan isə bu gün dünyanı bürümüş pandemiyaya qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələrin sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi şəxsi nəzarəti ilə ən səmərəli tədbirlər həyata keçirilir. Tibbi baxımdan ən inkişaf etmiş ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına onun fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Azərbaycan bu çətin durumdan az itkilərlə çıxmaq üçün vaxtında qabaqlayıcı tədbirlər həyata keçirərək koronavirusa qarşı mübarizədə nümunə göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bir sıra Avropa ölkələrinin rəsmiləri bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri yüksək qiymətləndirirlər. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar, hətta insanlar üçün nümunə oldu, böyük motivasiya rolunu oynadı. Məhz bunların sayəsində koronavirusa qarşı uğurla mübarizə aparan ölkələr sırasında respublikamız faktiki olaraq ön sıradadır.

Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, on minlərlə insan qısa müddət ərzində müayinə edilib əhali koronavirus infeksiyası ilə əlaqədar testdən keçirilib.

 

 

 

36 364 hərəkət iştirakçısı inzibati qaydada cəzalandırılıb

 

 

Rəsmi rəqəmlərə görə, 8103 icazə xidmətinə indiyədək vətəndaşlar tərəfindən 16 milyondan çox SMS göndərilib. Onlardan 72 faizinə müsbət cavab verilib.

Ən çox istifadə olunan kod isə 2-dir. Yəni sakinlər yaşayış yerini daha çox ərzaq digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar tərk edirlər. Lakin icazə sistemindən sui-istifadə edənlər, xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən şəxslər hələ var. Onlar hər gün müvafiq orqanlar tərəfindən müəyyən olunurlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1151 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 37 515 hərəkət iştirakçısı inzibati qaydada cəzalandırılıb.

 

 

DİN vətəndaşlara xəbərdarlıq etdi

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatına görə, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə ya yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin günlərində icazə almadan hərəkət edə bilərlər.

"Lakin son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir. Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-iş günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətlə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.

Eyni zamanda müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir”, - deyə DİN-dən bildirilib.

 

 

 

FHN-dən vətəndaşlara psixoloji yardım

 

 

Məlumat verildiyi kimi, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədi ilə aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xətti vasitəsi ilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub.

FHN-in Mətbuat xidmətindən bildiriblər ki, 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Fəaliyyət göstərdiyi 15 gün ərzində psixoloji yardımla bağlı Bakı şəhəri respublikanın müxtəlif regionlarından "112” qaynar xəttinə 550-yə qədər müraciət daxil olub. Müraciətlər əsasən COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatçılıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində həyatına alışmış hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil.

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir. Zəng edən şəxslər göstərilən yardıma görə öz təşəkkürlərini bildirirlər.

 

 

Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir

 

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə xaricdən çoxsaylı minnətdarlıq məktubları yazırlar. Onlar pandemiyanın qarşısının alınması, virusa yoluxmuş insanların müalicəsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirirlər. Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı digər dini konfessiyaların rəhbərləri də Prezident İlham Əliyevə məktub ünvanlayıblar.

"Dünyanın aparıcı dövlətlərinin belə qibtə edəcəyi çeviklik, operativliklə ərsəyə gələn yeni xəstəxanalar, ölkəyə gətirilən tibbi qurğular və zamanında verdiyiniz dəyərli qərar və sərəncamlar sayəsində cəmiyyətimiz səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Azərbaycanda koronavirusa yoluxma hallarının aşağı səviyyəsi, sağalanların daha çox sayda olması görülən böyük işlərin, davamlı və gərgin zəhmətlərin nəticəsidir. Həmçinin cənabınızın COVID-19 pandemiyası ilə mübarizəyə beynəlxalq müstəvidə dəstəyi, müvafiq qurumlara, dünya birliyi ölkələrinə humanitar yardımı ölkəmizin ümumbəşəri bəla ilə mübarizədə real iştirakının bariz nümunəsi, bəşəri yardımlaşmaya gözəl örnəkdir. Zati-alilərinizin Azərbaycan həkimlərinin fədakar əməyinə verdiyi yüksək dəyərə bizqoşulur, hökumətimizin, bütün aidiyyəti dövlət qurumlarının zəhmətlərini təqdirəlayiq qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahatların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair addımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaqdır”, - deyə məktubda qeyd olunub.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 25 aprel.- S.6.