Siz hər zaman xalq sevgisinə layiqsiniz!”

 

Bu günlərdə ölkə əhalisinin əksəriyyətinin Azərbaycan Prezidentinin ünvanına yazdığı təşəkkür dolu məktublar bir daha təsdiqləyir ki, hər iki tərəfin bir-birinə məhəbbəti yetərincədir.

Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə "ayaq açıb” yayılmasının qarşısının alınmasında dövlət başçısının təşəbbüsü və qəbul etdiyi təxirəsalınmaz qərarlar artıq öz müsbət nəticəsini göstərir. Virusa yoluxmalar gündən-günə azalması, sağalaraq ailəsinə yenidən qovuşan xəstələrin sayının artması müşahidə olunmaqdadır. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın məlumatlarında təhlükədən yavaş-yavaş uzaqlaşmağımızı təsdiqləyən faktlar da az deyil.

Məhz bundan yaranan sevinci xalqımız daim onun qayğısını çəkən, vətəndaşların həyatının daha da firavan olmasına çalışan dövlət başçısına minnətdarlıq dolu məktubları vasitəsilə bölüşür.

Məktub müəlliflərinin əksəriyyətinin gənclərdən ibarət olması da təsadüfi deyildir. Azərbaycan Prezidenti daim öz çıxışlarında gənclərə güvəndiyini, onların daim yanında olduğunu bildirir. Yeni nəslin milli-mənəvi ruhda tərbiyə olunması, onların idarəetmə strukturlarında məsul vəzifələrə irəli çəkilməsi, təbii ki, cavabsız qala bilməz. Buna görə də gənclər koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində bir daha Prezidentin çağırışlarına səs verərək, könüllülük prinsipi əsasında sosial yardımların göstərilməsində var qüvvələri ilə çalışır, onlara olan inam və etibarı əməli fəaliyyətlərində təsdiqləyirlər.

 

 

 

"Dövlətə sevgini, sözə sadiqliyi, birlik yaratmağı Sizdən öyrənmişik”

 

 

"Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycanımıza Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Gənclərə göstərdiyiniz diqqət və qayğınız bizi daha da həvəsləndirir…”

Tovuz rayonundan Aynur Bağırovanın məktubunda daha sonra deyilir: "Möhtərəm Prezidentimiz! Bizə inanıb, dəstəyinizi əsirgəməyib, bu şəraiti yaratdığınız üçün Sizə təşəkkür edirik. Sizin rəhbərlik etdiyiniz ölkədə yeni-yeni gənc kadrlar yetişməkdədir. Bu isə Sizin gənclərə olan inamınızın onlar tərəfindən doğruldulması deməkdir . Dövlətinə olan sevgini, sadiqliyi, birlik yaratmağı Sizdən görüb öyrənmişik. Xalqın sağlamlığını düşünərək etdiyiniz yardım layihələri biz gəncləri daha da qürurlandırır. Bir çox dövlət başçılarına nümunəsiniz. Nəinki biz, hətta xarici ölkə vətəndaşları da Sizi ürəkdən alqışlayır”.

Tovuzlu gənclərin ümumi fikrini vurğulayan A.Bağırova daha sonra yazır: "Bir çox ölkələri çənginə alan COVID-19 pandemiyası Azərbaycandan da yan keçmədi. Sizin bu virusun yayılmaması üçün tətbiq edilməsini vacib saydığınız qabaqlayıcı tədbirlər artıq bu günlərdə öz bəhrəsini verməkdədir. Az itkilərlə qalib gələcəyimizə inanıram. COVID-19 pandemiyası belə Sizin gücünüzə qalib gələ bilməz! Dünyanın inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyətin bizdə yaşanmaması Sizin birbaşa fəaliyyətinizlə bağlıdır. Bu pandemiya ilə əlaqədar həkimlərimizə və polislərimizə göstərdiyiniz dəstək də Azərbaycan xalqının diqqətindədir.

Bu çətin dövrdə Sizin və Mehriban xanım Əliyevanın öz əməkhaqqınızı pandemiya ilə mübarizə tədbirləri üçün yaradılmış fonda bağışlamağınız, minlərlə işsiz ailələr üçün birdəfəlik yardımların göstərilməsi ilə əlaqədar imzaladığınız sərəncamlar çox təqdirəlayiqdir. Bununla Siz ölkə əhalisinin qayğısına qaldığınızı bir daha sübut etdiniz. Bu xalq Sizə və Mehriban xanıma çox güvənir. Biz Azərbaycan gəncləri hər zaman Sizinləyik və Sizə daim minnətdarıq. Allah Sizi və ailənizi qorusun”.

 

 

"Xalqımızın qürur və güvən mənbəyisiniz!”

 

 

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Mirməhəmməd Hüseynovun dövlət başçısının ünvanına yazdığı məktubu da Azərbaycan gəncliyinin ümumi fikrini ifadə edir. Müəllif yazır: "Azərbaycan gəncləri məkanından asılı olmayaraq, möhtərəm Prezident, daim Sizin haqqınızda, rəhbər kimi fəaliyyətlərinizdən danışmaqdan hər zaman qürur duyur.

Azərbaycan xalqının rəhbəri olmağınızla yanaşı, Siz bu xalqın qəhrəmanı və böyük sərkərdəsisiniz! Sizin sayənizdədir ki, son zamanlar gənclər artıq hər bir sahədə üstünlük təşkil edir və Sizə güvənərək fərəhlə çalışırlar. Siz həm xalqımızın, həm də gənclərin könlündə taxt qurmusunuz. Xalqımızın qürur və güvən mənbəyisiniz! Sizinlə başlanan işlər, proseslər nəinki regionumuzda, hətta bütün dünyada örnək göstərilir. Ölkəmizdə baş verən bütün heyrətamiz və nümunəvi işlərdə daim Sizin imzanızı görmək bizim üçün böyük fəxrdir.

Son zamanlar bütün dünyanı həyəcan siqnalı çalmağa məcbur edən COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə görülən güvənli, qabaqlayıcı tədbirlər Sizin sayənizdə bütün dünya üçün nümunə hesab olunur. Hətta ən qabaqcıl, inkişaf etmiş ölkələr belə hər mövzuda olduğu kimi, bu problemdə də Sizin qabaqcıl siyasətinizdən örnək götürdüklərini və öz təşəkkürlərini bildiriblər.

Cənab Prezident! Ölkəmizdə bu çətin günlərin ən sağlam və zərərsiz şəkildə keçməsi üçün göstərdiyiniz tədbirlər əvəzolunmazdır. Azərbaycan xalqının Sizin kimi rəhbəri olması ilə fəxr etməsi danılmazdır. Həmçinin Sizin göstərişinizlə imkansız ailələrin birdəfəlik yardımla təmin olunması çox təqdirəlayiq və nümunəvi hərəkətlərdən biridir. Əlavə olaraq bunu bildirmək istərdim ki, bu çətin günlərdə Sizin belə humanist fəaliyyətiniz təkcə xalqımıza deyil, həmçinin virusdan əziyyət çəkən digər dünya ölkələrinə də göstərdiyiniz xoş münasibət və tapşırığınızla edilən yardımlar bütün dünyada rəğbətlə qarşılanmışdır. Allah Sizin özünüzü və ailənizi qorusun!”

 

 

"Evdə qal, həyatları xilas et!” çağırışına qoşulmuşuq

 

 

Bəylər Natiq oğlu Əzimov paytaxt Bakının Nərimanov rayonunun sakinidir. Göndərdiyi məktubun bəzi məqamları ilə tanış olaq. Məktub müəllifi Azərbaycan Prezidentinə minnətdarlıq dolu ürək sözlərini belə ifadə edir: "Möhtərəm cənab Prezident! Son günlər bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün həyata keçirilən sosial təcrid tədbirlərinə dəstək olaraq həmrəylik nümayiş etdirməyiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyaya qarşı mübarizə çərçivəsində Sizin rəhbərliyinizlə respublikamızda qabaqlayıcı tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri profilaktik işlər həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!” çağırışı ilə yaşı 65-dən yuxarı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Azərbaycan gəncləri də Sizin atdığınız qətiyyətli addımları, xalqımıza göstərdiyiniz diqqət və qayğını dəstəkləyirlər. Tibb işçilərimiz istər xəstəxanalarda, istərsə də karantində olan və müalicə alan vətəndaşlarımızla xüsusi maraqlanır, onların tezliklə sağalıb ailələrinin yanına qayıtmaları üçün əllərindən gələni edirlər.

Cənab Prezident, əminik ki, "Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik. Mən gənclər adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fədakar fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Şəmkir rayonu Dağ Cəyir kəndində müvəqqəti məskunlaşan Müslüm Aslan oğlu Ağaliyev bu çətin zamanlarda xalqın yanında olduğuna, koronavirusla mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinə görə dövlət başçısı İlham Əliyevə ailəsi və yaxın qohumları, doğmaları adından yazdığı təşəkkür məktubunda deyir: "Möhtərəm cənab Prezident! Sizinlə çiyin-çiyinə çalışan, kiçiklərə sevgi, böyüklərə hörmətlə yanaşmaqla hər birimizə nümunə olan dəyərli Mehriban xanıma, öz pozitivliyi ilə gənclərimizə dəstək olan övladlarınıza cansağlığı arzu edirəm.

Ümummilli Lider öz ideyaları ilə böyük bir siyasi məktəb qoyub getmişdir. Təbii ki, onun məktəbini keçmiş bir insan, xalqına sədaqətlə xidmət edən bir Prezident Sizin kimi olmalıdır. Biz Sizinlə fəxr edirik. Siz ölkəmizi çox yüksək arenalarda layiqincə təmsil edir, atdığınız hər addımla Azərbaycanın adını daha yüksəklərə qaldırırsınız. Tutduğunuz şərəfli yolda Sizə uğurlar, xalqımıza xoşbəxt, firavan gələcək arzu edirik. Biz Sizinləyik!

Cənab Prezidentimiz, ən böyük diləyim işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasıdır. Ata ocağımızı, ana yurdumuzu azad görmək istəyirik. Ulu Tanrıdan hər gün bunu diləyirik. Bu diləyimizi yerinə yetirməkdə Tanrı Sizə kömək olsun, amin!”

"Azərbaycanın əldə etdiyi uğurların əsas təminatçısı insan kapitalına, xüsusilə də yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərə göstərilən diqqət və dəstəkdir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir”. Salyan şəhərindən məktub göndərən Cavid Məmmədhəsən oğlu Səmədli də fikirlərini belə başlayıb. Məktubda daha sonra deyilir: "Bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi yolunda gənclərə böyük meydan verilməsinin daim tərəfdarı olmuş, onlara bunun üçün hər cür şərait yaratmış dövlət başçısı kimi əbədi sevgiyə layiqsiniz, əziz Prezidentimiz! Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişafı prosesinin avanqardına çevrilirlər. Dövlətimizin koronavirusla mübarizə apardığı bu çətin günlərdə də gənclər üzərlərinə düşən məsuliyyəti dərk edir, xüsusi karantin rejimi çərçivəsində qoyulan məhdudiyyət tədbirlərinə ciddi əməl edirlər.

Siz də öz növbənizdə belə bir vaxtda xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk”.

 

 

"Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq”

 

 

Zaur Mikayıl oğlu Hüseynovun Lənkəran rayonunun Şiləvar kəndindən yazdığı məktubda isə oxuyuruq: "Bu gün koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ mübarizə tədbirləri dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunması, yeni xəstəxanaların açılışı, modul tipli 6 xəstəxananın tikintisinə başlanılması Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağına əminlik yaradır.

Yürüdülən müdrik siyasət, görülən düzgün mübarizə tədbirləri dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilməkdədir. Ölkəmizin hər bir vətəndaşına örnək sayılacaq fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi İşçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq. Biz əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq”.

Cəbrayıl rayonunun Hovuslu kəndində dünyaya göz açan Köçəri Tumas oğlu Tumasov yazır: "Möhtərəm və əziz Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev, Sizin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz 17 il ərzində sürətlə inkişaf edən dövlətimizin bütün istiqamətlər üzrə müasirləşməsindəki real fəaliyyətinizlə öz təsdiqini tapıb. COVID-19 pandemiyası dövründə bir daha bütün Azərbaycan vətəndaşlarına açıq-aydın bəlli oldu ki, Siz nəinki hər bir azərbaycanlının Prezidenti, həmçinin hər bir azərbaycanlı ailəsinin doğması, əzizi, dayağı, dəstəyi, güvən yeri, istinadgahısınız. Cənab Prezident, hər zaman xalqımıza dayaq olduğunuz üçün Sizə həm öz adımdan, həm də ailəmizin adından təşəkkürümü bildirirəm. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi varisi olaraq Siz Ulu Öndərin daxilixarici siyasət strategiyasını layiqincə davam etdirirsiniz. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gordüyünüz bütün işlərdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Var olasınız ki, Azərbaycanımızı daha yüksəklərə ucaldasınız! Var olasınız ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Qarabağımızda bayrağımızı dalğalandıraq. Dünyamıza, ölkəmizə, Sizə və doğmalarınıza sağlıq və uğurlar diləyirik”.

 

 

Prezident-xalq birliyi sarsılmazdır!

 

 

Elnur Səməd oğlu Həmidovun məktubunda yazılır: "Hörmətli Cənab Prezident! Əvvəla, Sizi salamlayır və bu məktubumla dərin təşəkkürümü bildirirəm. Dünyanı bürüyən pandemiya dövründə SizinMehriban xanım Əliyevanın həmişəki kimi xalqın yanında olmağınız məni də qürurlandırdı”.

Məktubda daha sonra deyilir: "Ulu Öndərimiz Heydər Əliyev kimi, məhz Sizindüşünülmüş iqtisadi, siyasi, sosial addımlarınız bu gün ölkəmizdə firavan həyat sürməyimizə imkan yaradıb. Hazırda Sizin tapşırığınıza əsasən dövlətin bütün imkanları xalqımızı bu bəladan qorumağayarana biləcək sosial problemlərin həllinə yönəlib. Bu gün bir daha gördük ki, Prezident-xalq vəhdəti sarsılmazdır.

Cənab Prezident, əminik ki, Sizin qətiyyətli addımlarınız, xalqımıza qayğınız sayəsində bu sınaqdan da üzüağ çıxacağıq. Gördüyünüz bütün işlərə görə çox sağ olun! Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun”.

Elton Həmdulla oğlu Məmmədov Göyçay rayonunun Bığır kənd sakinidir. Dövlət başçısına yazır ki, cənab Prezident, Siz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək, müstəqil Azərbaycanımızı gücləndirirsiniz: "Ölkəmizin gələcəyinə həssas yanaşmağınız sayəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar biz valideynlər tərəfindən çox yüksək qiymətləndirilir.

Cənab Prezident, pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq. Bizimlə yaxından maraqlandığınız, bizə qayğı göstərdiyiniz və hər bir zaman olduğu kimi, yenə də vətəndaşlarımızın rifahı naminə qərarlar verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk”.

Biləsuvar rayonunun Ağayrı kənd sakinlərindən biri - Böyükağa Vəkil oğlu Əliyevin məktubu da səmimiyyətdən irəli gələn fikirləri özündə əks etdirir. Məktubda deyilir: "Hörmətli Prezident! Hər şeydən öncə belə çətin dövrdə, bu pandemiya şəraitində biz vətəndaşların qayğısına qaldığınıza görə Sizə ailəm adından minnətdarlıq edirəm.

Cənab Prezident! Siz öz humanistliyinizlə bir daha sübut etdiniz ki, dövlət həmişə vətəndaşının yanındadır. Biz vətəndaşlar, xüsusən də mən öz ailəmlə həmişə Sizi dəstəkləmişik, bu gün də, sabah da Sizinləyik. Biz görürük ki, Ulu Öndər Heydər Əliyev - o dahi şəxsiyyət əbədiyyətə qovuşsa da, onun pak ruhu daim Azərbaycan xalqı ilədir.

Bir daha Sizə ailəm adından təşəkkür edirəm, sağ olun! Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üstündən əskik etməsin”.

 

 

"Tükənməz enerjinizlə, böyük sevginizlə xalqımıza dayaq oldunuz

 

 

Şəfa Tarverdiyevanın İsmayıllı rayonundan göndərdiyi məktubdan bəzi sətirlər: "Biz dünyanı çənginə alan koronavirus adlı bəşəri bəlanın çətin dövrünü yaşayırıq. Amma buna baxmayaraq bu çətinliyin bir işığı var ki, o da, cənab Prezident, Sizinlə bağlıdır. Karantinin ilk günlərində insanlarda bir çaşqınlıq vardı. Amma Sizin uzaqgörən və məqsədyönlü qərarlarınız, atdığınız qətiyyətli addımlar biz sadə vətəndaşları düşdüyümüz təşvişdən qurtardı və bu bəladan xilas edəcəyinizə əminlik yaratdı. Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, insanlarımıza böyük sevginizlə dayaq oldunuz - Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Əlinizdən gələni, mümkün olanolmayan hər şeyi etdiniz. Həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə biz daha az itki veririk. Bizdə bu çətin sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident! Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq!”

Qumru İsmayılova isə gənclik şəhəri Sumqayıtdan yazır: "Cənab Prezident, mən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm. Hər kəsə məlum olan bu karantin rejimində gördüyünüz tədbirlər dünya dövlətləri arasında Sizi uzaqgörən dövlət başçısı kimi bir daha təsdiqlədi. Biz hər zaman Sizin yanınızdayıq. Sizə inam və etibarımız böyükdür. Siz və ailəniz öz xeyirxah, insansevər əməlləriniz ilə həmişə öndəsiniz və bizlərə örnəksiniz. Müqəddəs Ramazan ayının gəlişi ilə Sizi və ailənizi səmimi-qəlbdən təbrik edirəm. Uca Yaradan bütün müsibətləri Vətənimizin, xalqımızın başı üstündən aparsın. Sizə və ailənizə cansağlığı, uzun ömür bəxş etsin. Amin”.

Bu da Lerik rayonunun Küsəkəran kəndindən Əfqan Gülağa oğlu Vəlizadənin məktubu: yığcam və məzmunca dərin. Müəllif vaxtın, zamanın sürətlə keçməsini nəzərə alıb məktubunu yığcam yazdığını qeyd edir. Məktubda daha sonra qeyd edilir ki, son vaxtlar dünya gündəminin əsas mövzularından birikoronavirus epidemiyasıdır. Dünya ölkələrində bu xəstəlikdən hər gün yüzlərlə insan öz həyatını itirir: "Möhtərəm Prezidentimiz, Sizin uzaqgörən siyasətinizin, alicənablığınızın nəticəsində ölkəmizin bu xəstəlikdən çox az itkilərlə çıxacağına tam əminlik yaranıb. Siz bütün qüvvələri qısa vaxt ərzində səfərbər etdiniz. Biz ölkə vətəndaşları da öz həmrəyliyimizlə, birliyimizlə qoyulan qaydalarakarantinin tələblərinə əməl edirik. Biz bir daha əmin olduq ki, ölkəmizin və xalqımızın taleyi etibarlı əllərdədir. Uca Tanrıya şükürlər olsun ki, Sizin kimi Prezidentimiz var. Biz Sizinlə fəxr edirik. Uca Tanrı Sizi və ailənizi qorusun. Yaşasın Azərbaycan! Biz birlikdə güclüyük!”

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 30 aprel.- S.1-2.