Qarabağ haqqında yazılmış kitablardan ibarət virtual sərgi təqdim olunub

 

M.Ə.Sabir adına Kütləvi Kitabxana Qarabağ haqqında yazılmış kitablardan ibarət virtual sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, məqsəd Azərbaycanın əzəli torpaqlarının tarixi, etnoqrafik keçmişi, qəhrəmanlıq salnaməsi barədə izləyicilərə mənbələri təqdim etmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onlara kömək göstərmək, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsini dəstəkləməkdir.

"Qarabağ yaddaş kitabı”, Surxay Səlimin "Qarabağ hekayələri”, Qaya Əliyevin "Bir bölüyün manifesti”, Aydın Qarabağlının "Qarabağ, onun qədim tayfaları və toponimləri” və digər nəşrlər kitabxananın "Facebook” və "Instagram” hesablarından paylaşılan virtual sərgidə nümayiş olunub.

 

Azərbaycan.- 2020.- 5 avqust.- S. 10.