Azərbaycan ədəbiyyatı Rusiya mətbuatında

 

Rusiyanın populyar "Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Jurnalın iyul nömrəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş "Ata ocağı”, Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün "Atamın əlləri” və tanınmış şair Əliağa Kürçaylının "Etiraf” şeirləri təqdim edilib.

Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri - Vladimir PortnovVladimir Qafarov tərcümə ediblər.

 

Azərbaycan.- 2020.- 5 avqust.- S. 10.