“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 154-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 154-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 349; 2006, ¹ 7, maddə 587; 2007, ¹ 12, maddə 1226; 2009, ¹ 8, maddə 630; 2016, ¹ 6, maddə 1021, ¹ 9, maddə 1464; 2018, ¹ 12 (I kitab), maddə 2578; 2019, ¹ 7, maddə 1220; 2020, ¹ 5, maddə 562; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1046 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-3-cü bənddə "1-ci hissəsinin on birinci abzasında” sözləri "birinci hissəsinin beşinci altıncı abzaslarında” sözləri ilə əvəz edilsin;

1.2. 2.3-cü bənddə "dördüncü (hər iki halda) beşinci” sözləri "ikinci hissəsinin üçüncü (hər iki halda) dördüncü” sözləri ilə, "altıncı” sözü "dördüncü” sözü ilə əvəz edilsin;

1.3. 2.4-cü bənddə "dördüncü (hər iki halda) beşinci” sözləri "ikinci hissəsinin üçüncü (hər iki halda) dördüncü” sözləri ilə, "iyirmi üçüncü abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin altıncı” sözləri "iyirmi ikinci abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin dördüncü” sözləri ilə əvəz edilsin;

1.4. 2.6-cı bənddə "iyirmi üçüncü” sözləri "iyirmi ikinci” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 154-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2020-ci il

 

Azərbaycan.- 2020.- 11 avqust.- S. 3.