“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 29 iyun tarixli 148-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 29 iyun tarixli 148-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 2 (II kitab), maddə
259, № 3, maddə 460, № 4, maddə
670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə
1468, № 10, maddələr 1614, 1638; 2017, № 2,
maddələr 176, 202, № 3, maddə
351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr
1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr
1788, 1798, № 11, maddələr 2003, 2027, №
12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr
198, 201, № 3, maddələr 418, 428, 443, 445,
№ 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab),
maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə
1840, № 11, maddələr 2244, 2256, 2273,
2289, № 12 (I kitab), maddələr
2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr
52, 68, № 3, maddə 426, № 4, maddələr
602, 630, № 5, maddələr 825, 846, 852, № 6,
maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə
1700; 2020, № 3, maddələr 238, 240, 241; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 7
may tarixli 1015 nömrəli,
22 may tarixli 1039 nömrəli,
2 iyun tarixli 1049 nömrəli, 18 iyun tarixli 1068 nömrəli, 3
iyul tarixli 1083 nömrəli, 10 iyul tarixli 1100 və 1104 nömrəli fərmanları)
4.3-cü bəndinə "154.1-ci maddəsinin ikinci cümləsində,” sözlərindən
sonra "156-1.2,” rəqəmləri
əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
156-1.2-ci maddəsinə uyğun
olaraq ictimai işlər növündə
inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron
nəzarət vasitələrinin
tətbiqi qaydalarını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla iki
ay müddətində təsdiq
etsin;
2.2. "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il
29 iyun tarixli 148-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust
2020-ci il
Azərbaycan.-
2020.- 12 avqust.- S. 3.