Naftalan turistləri qəbul etməyə hazırdır

 

Kurort şəhəri

 

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması, habelə turizm sahəsində irimiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edilmişdir. Xüsusilə ölkəmiz müstəqillik əldə etdikdən sonra qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizm sektoru sürətlə inkişaf etməyə başlamışdır.

İndi nəinki paytaxt Bakıda, eləcə də bölgələrimizdə beynəlxalq standartlara cavab verən çoxlu sayda istirahət məkanları yaradılmışdır ki, həmin yerlərdə hər il on minlərlə yerlixarici turist dincəlir.

Ölkəmizin mülayim iqlimi, gözəl təbiət mənzərələri, meşələri, dağları, çayları, şəlalələri, eləcə də tükənməz mineral su ehtiyatları, müalicə palçıqları imkan verir ki, insanlar bu yerlərdə dincəlməklə yanaşı, öz sağlamlıqlarını da bərpa etsinlər. Belə məkanlardan biri də Naftalandır ki, ilin bütün fəsillərində bura yerli və əcnəbi turistlərlə dolu olur.

Sağlamlıq turizmi son illər dünyada sürətlə inkişaf edən bir sektora çevrilmişdir. Məhz buna görə də dövlət başçısının diqqət və qayğısı ilə son illər bu sağlamlıq ocağı da öz əvvəlki şöhrətini qaytarmış, uzunsürən durğunluqdan sonra yenidən qapılarını istər yerli, istərsə də xarici qonaqların üzünə açmışdır. Nəticədə hər il on minlərlə insan burada dincəlmiş, yaxud da müalicə olunaraq sağlam vəziyyətdə öz ölkələrinə qayıtmışlar. Qeyd edək ki, 19 xəstəliyin dərmanı olan Naftalan nefti yüz minlərlə xəstəyə şəfa vermişdir. Təkcə keçən il Naftalana Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, Yaponiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən 12 minə yaxın xarici turist gəlmişdir. Lakin son vaxtlar COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması digər sahələr kimi turizm sektorunda da durğunluq yaratmışdır. Xüsusilə insanların şəfa tapdıqları Naftalanda fəaliyyət göstərən sanatoriyalar çətinliklərlə üzləşmişdir. Ancaq naftalanlılar bütün bu çətinliklərin müvəqqəti xarakter daşıdığını dərk edirturist qəbuluna hazırlıq işlərini genişləndirirlər.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov söhbət zamanı bütün bu çətinliklərin müvəqqəti olduğunu qeyd etdi. Bildirdi ki, turistlərin yüksək səviyyədə qəbulu üçün şəhərdə çoxsaylı hazırlıq işləri görülür. Abadlıq və yenidənqurma bir an belə dayandırılmayıb. İndi şəhər rəhbərliyi əhalinin koronavirusdan qorunması ilə bağlı operativ tədbirlər həyata keçirməklə yanaşı, abadlıq işlərini də sürətlə davam etdirir.

Öyrəndik ki, bu yaxınlarda Naftalan Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə Naftalan şəhərinin turizm inkişaf planının təqdimatı olmuşdur. Burada qeyd edilmişdir ki, hazırda şəhərdə üçü 5 ulduzlu olmaqla, 12 sanatoriya fəaliyyət göstərir. Bundan başqa, "Naftalan Hotel & Spa” və tikintisi davam etdirilən 3 yeni hotel-sanatoriya yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Turistlərin yüksək səviyyədə qəbulu üçün aparılan hazırlıq işləri çərçivəsində şəhər icra hakimiyyətində sanatoriya-kurort müəssisələrinin rəhbərləri ilə də görüş keçirilmişdir. Görüşdə çıxış edənlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizdə, o cümlədən Naftalanda münbit şərait yaradıldığını qeyd etmişonlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra mövcud vəziyyət ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

Pandemiyadan sonra şəhərə gələcək yerlixarici turistlərin rahatlığı üçün bir sıra tədbirlər də həyata keçirilmişdir. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin dəstəyi ilə bura gələn turistlərin məmnunluğunu və onların rahat gediş-gəlişini təmin etmək məqsədilə Goran dəmiryolu stansiyasından Naftalan istiqamətinə işləyəcək müasir standartlara cavab verən sərnişin avtobusu ayrılmışdır. Bunun üçün "Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi ilə aparılan danışıqlar öz bəhrəsini vermiş və Bakı-Gəncə sürət qatarı fəaliyyətini yenidən bərpa etdikdən sonra qatarın Goran stansiyasında dayanması təmin ediləcəkdir.

Naftalan Şəhər İcra Hakimiyyəti turistlərin bu unikal bölgəyə səfərlərinin təşkili məqsədilə innovativ texnologiyaların tətbiqinə də üstünlük verir. Respublikamızda ilk dəfə Naftalanda satıcısız fəaliyyət göstərən mağaza istifadəyə verilmişdir. Mağazanın açılması xarici turistlərdə böyük maraq doğuracaqdır.

AvropaAmerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış "Little Free Library” kitabxanası da artıq Naftalanda fəaliyyətə başlamışdır. Kitabxananın açılmasında əsas məqsəd əhali arasında kitaba həvəs oyatmaq və onların maariflənməsinə kömək etməkdir. Burada rus, ingilistürk dillərində hər yaşa uyğun kitablar vardır.

Son illər həyata keçirilən genişmiqyaslı tədbirlər söz yox ki, bu sağlamlıq mərkəzinin simasını da başdan-başa dəyişmişdir. Pandemiyanın hökm sürməsinə baxmayaraq, hazırda şəhərdə abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir. Bu kurort şəhərinə gələn yerlixarici turistlərin zövqünü oxşamaq üçün burada yeni istirahət mərkəzləri yaradılmaqla yanaşı, küçələr yenidən qurulur, çoxmənzilli yaşayış binalarının dam örtüyündə təmir işləri aparılır. Həmçinin şəhərdə olan 3 doqquzmərtəbəli yaşayış binasının fasad hissəsindəki şüşə üzlüklər yuyularaq təmizlənir.

Şəhərdə yaşıllaşdırma işlərinə də diqqətlə yanaşılır. Artıq Bayraq meydanı ərazisində, Şirvan prospektində 5 minə yaxın ağacgül kolları əkilmişdir. Bundan başqa, şəhərdəki parkxiyabanlarda da yaşıllaşdırma işləri aparılır.

Göründüyü kimi, bütün dünyada, o cümlədən respublikamızda pandemiya epidemiyasının hökm sürməsinə baxmayaraq, Naftalanda yerlixarici turistlərin yüksək səviyyədə qəbuluna hazırlıq işləri sürətlə davam etdirilir. Şəhər sakinləri əmindirlər ki, insanlar yaxın vaxtlarda COVID-19 bəlasından xilas olacaq, öz sağlamlıqlarına qovuşmaq üçün yenidən Naftalana üz tutacaqlar.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.-18 avqust.- S.7.