F.G.Qocayevinİstiqlalordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) "İstiqlalordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2020-ci il.

 

Azərbaycan.- 2020.- 25 avqust.- S.1.