Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri birinci xanım Mehriban Əliyevaya

 

Zati-aliləri, hörmətli birinci xanım,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyətiniz Sizə əhali arasında böyük hörmət, beynəlxalq arenada layiqli imic ehtiram qazandırıb.

Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu uzun illər ərzində elm, səhiyyə, mədəniyyət incəsənət, idman ekologiya sahələrində həyata keçirilən bir sıra mühüm layihələr sayəsində böyük nüfuz qazanıb.

Mən Sizin şəxsinizdə Şərqin gözəl müdrik, sosial baxımdan fəal çox yüksək intellektə malik Azərbaycan qadınının parlaq rəmzini görürəm. Xüsusi qeyd etmək istəyirəm ki, Siz təkcə təcrübəli siyasətçi dövlət xadimi deyil, həm ölkənin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli fədakar şəxsiyyətsiniz.

Həyatınızın bu əlamətdar hadisəsi münasibətilə Zati-alinizə ailənizin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh firavanlıq, məsul nəcib fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Hörmət ehtiramla,

 

Ziroat Mirziyoyeva

Özbəkistan Respublikasının birinci xanımı

 

Azərbaycan. - 2020.- 27 avqust.- S.1.