Hər kəsdən, hər şeydən üstün qanundur

 

Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları pozaonun tələblərinə hörmətsiz yanaşa bilməz

 

Bütün Yer kürəsini bürüyən, dünyanın nizamını dəyişən koronavirus pandemiyası ilə mübarizə davam edir. Xəstəliyin qarşısının alınması istiqamətində dünya ölkələri ilə bərabər, Azərbaycanda da aylardır ciddi addımlar atılır.

Qlobal pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin rəhbərliyi ilə lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü, ölkənin bütün resursları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər, qaydalar qoyuldu. Ölkə rəhbərinin bu məsələyə vaxtında çevik reaksiya göstərərək təxirəsalınmaz təbirlər görməsi ilə gizli və gözəgörünməz düşmənlə mübarizədə uğurlara imza atıldı. Təsadüfi deyil ki, bu sahədə ölkəmizin təcrübəsi dünyada nümunə kimi göstərildi. Azərbaycan dünyada COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanındı. Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən dövlətlər sırasındadır.

 

Məhdudiyyətlər tətbiq edilməsəydi, bu gün ağır bir mənzərə ilə qarşı-qarşıya qalardıq

 

Pandemiya şəraitində digər ölkələr kimi, Azərbaycanın da iqtisadi gəlirləri azaldı. Lakin iqtisadi itkilərə baxmayaraq, ölkə rəhbərinin göstərişi ilə dövlətin siyasətinin prioritetini vətəndaşların sağlamlığının qorunması təşkil etdi. Pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq və vətəndaşlara dəstək məqsədilə dövlət büdcəsindən milyardlarla manat vəsait xərcləndi və bu proses davam etməkdədir. Dövlət tərəfindən atılan bu addımlarla bərabər, COVID-19-un yayılmasının qarşısının alınması üçün müvafiq qaydalar müəyyən edildi, karantin rejiminin pozulmasının qarşısının alınmasına nəzarət ciddi formada təşkil olundu.

Məhz bu uğurların nəticəsində hazırda ölkədə vəziyyət nəzarət altındadır. Səhiyyə sistemi Azərbaycandan güclü olan inkişaf etmiş ölkələrlə müqayisədə respublikamızda istər yoluxma, istərsə də ölüm sayına görə göstəricilər qat-qat aşağıdır. Xeyli vaxtdır koronavirusla bağlı gündəlik statistikada müsbət dinamika yaşanır. Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1700 civarındadır. Pandemiya xəstəxanalarının reanimasiya şöbələrində müalicə alansüni tənəffüs cihazına qoşulan xəstələrin də sayı xeyli azalıb. Bu uğurlar görülən işlərin, çəkilən zəhmətin, edilən çağırışların və tətbiq olunan qadağaların hesabınadır. Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vaxtında sərtləşdirilmiş və xüsusi karantin rejimi, qadağalar, məhdudiyyətlər tətbiq edilməsəydi, həmçinin görülən saysız-hesabsız işlər, atılan addımlar olmasaydı, bu gün arzulamadığımız, ağır bir mənzərə ilə qarşı-qarşıya qalardıq. Sevindirici haldır ki, hökumət tərəfindən həyata keçirilən qabaqlayıcı və uzaqgörən addımlar nəticəsində pandemiyanın ağır fəsadlarından, itkilərdən yayına bildik.

 

Qadağalara, qaydalara əməl olunmaması yolverilməzdir

 

Məhz yoluxmasağalma hallarında müsbət dinamikanı nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən mərhələli şəkildə yumşaldıcı tədbirlərin tətbiqi barədə qərar qəbul etdi. Bununla yanaşı, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yastoy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanıldı. Çünki mütəxəssislərin fikrincə, virus qapalı yerlərdə daha sürətlə yayılır. Düzdür, əksəriyyət tərəfindən karantin qaydalarına əməl olunur, toy, nişan, yas mərasimləri demək olar ki, keçirilmir. Ancaq bununla belə, hansısa bölgədə toy, nişan mərasimləri keçirilməsinə cəhd göstərənlər də olub. Görünür, karantin rejimində yumuşaldılmalar bəzi insanlarda arxayınlıq hissi yaradıb və onlar məsuliyyətsizlik göstərərək, toy şənlikləri təşkil ediblər. Asayiş keşikçiləri də dərhal həmin mərasimləri keçirənləri müəyyənləşdirərək, onları qanun çərçivəsində cəzalandırıblar. Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yass. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib.

Əldə edilən uğurların, görülən işlərin fonunda bəzi şəxslərin qoyulan qadağalara, tətbiq olunan karantin qaydalarına və şərtlərinə əməl etməməsi yolverilməzdir. Bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar da cəmiyyət tərəfindən hiddətlə qarşılanıb, ciddi qınağa məruz qalıb.

 

Qaydaları pozanlar kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidirlər

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlara müraciət edərək, onları ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, karantin qaydalarına əməl etməyə çağırıblar. Onlar özləri şəxsi nümunə göstərərək qapalı məkanlarda maska taxır, bütün tədbirlərdə sosial məsafə saxlayırlar. Dövlət başçısı dəfələrlə bu məsələyə münasibət bildirərək qeyd edib ki, hansısa şəxslərin məsuliyyətsiz davranışına yol vermək olmaz. Çox təəssüf ki, bəzi vəzifəli şəxslər koronavirusla mübarizənin ümummilli məsələ olduğunu unudaraq şəxsi mənafeyi naminə tutduğu mövqeyə, vəzifəsinə görə özünü üstün saymaqla qanunları pozmağa cəhd ediblər. Unudublar ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Hər bir vətəndaş kimi, ictimai-siyasi xadimlər, hökumət üzvləri, xüsusilə deputatlar karantin rejiminə nəinki riayət etməli, həm də şəxsi nümunə göstərməlidirlər.

Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları pozaonun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyiniali iradəsini bilməli, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacağını başa düşməlidir.

Əgər qaydalar qəbul olunubsa, qadağalar müəyyənləşdirilibsə, kimliyindən, tutduğu mövqedən, sosial durumundan asılı olmayaraq hər kəs onlara birmənalı şəkildə əməl etməlidir. Bu, bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir. Əgər kimsə bu qaydaları pozursa, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Hamımız qaydalara, qadağalara, qanunlara əməl etməyə borcluyuq. Hamı qanun qarşısında bərabər, eyni hüquqlara malikdir.

Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.-27 avqust.- S.5.