Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi ilə əlaqədarAzərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Vətən müharibəsi iştirakçısıAzərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2. həmin Əsasnamənin 1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının mərkəzi yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur;

 

1.3. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görəAzərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.4. həmin Əsasnamənin 1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının mərkəzi yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2020-ci il.

 

Azərbaycan.- 2020.-2 dekabr.- S.4.