“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanlarında və 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. "Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun 27.4-cü 29.0.21-ci maddələrinə uyğun olaraq, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.2. "Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 161,

¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹ 9, maddə 854; 2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹ 12 (I kitab), maddə 2312; 2019, ¹ 3, maddə 403, ¹ 5, maddə 848, ¹ 11, maddə 1718; 2020, ¹ 7, maddələr 868, 895, ¹ 9, maddə 1139) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.27-ci bənddə "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını)” sözləri "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasınısözləri ilə əvəz edilsin;

2.2. 8.28-ci bənd aşağıdakı redaksiyada verilsin:

"8.28. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir;”.

3. "Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə 289, ¹ 6, maddə 532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə 2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə 1800, ¹ 12 (I kitab), maddə 2313; 2018, ¹ 2, maddə 216, ¹ 12 (I kitab), maddə 2545; 2019, ¹ 3, maddələr 403, 405,

¹ 5, maddə 847, ¹ 8, maddə 1398; 2020, ¹ 5, maddə 549, ¹ 7, maddə 868) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.23-cü bənddə "29.0.21-ci” sözləri "29.0.20-ci” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə əvəz edilsin;

3.3. 2.3-cü bənddə "(xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının)” sözləri "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1950) ilə təsdiq edilmiş "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə "təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin” sözləri "təhsilə aid kvalifikasiyalarının” sözləri ilə əvəz edilsin;

4.2. 2.2.2-ci yarımbənddə "təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını)” sözləri "təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin;

4.3. 3.1.4-cü və 3.2.16-cı yarımbəndlərdə "təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri "təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 dekabr 2020-ci il

Azərbaycan.-2020.- 13 dekabr.- S.6.