2020-ci il hər bir azərbaycanlı üçün əlamətdar oldu - biz Qarabağımızı qaytardıq!

 

 

İşğaldan azad edilmiş ərazilərdə tarixi abidələr, bina yollar, bir sözlə - normal yaşayış üçün gərəkli olan hər şey dağıdılmışdır. Elə buna görə ölkəmiz qarşısında bu gün işğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun iqtisadiyyatın yenidən qurulması, dirçəldilməsi kimi mühüm bir məsələ durur.

"Biz qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır...” - xalqa müraciət nitqində Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Bakı nəzarətimiz altına keçən Qarabağ ərazilərinin bərpası işinə artıq başlayıb.

Zəruri infrastrukturun bərpası qurulması məqsədilə "Azərişıq” ASC bu ərazilərdə, mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün "Azərişıq Qarabağdalayihəsi çərçivəsində təcili tədbirlərə start verib.

İşğaldan azad edilmiş ərazilərdə hazırda Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, cəbhəyanı zonalarda düşmən hücumu nəticəsində dağıdılmış şəbəkələrin bərpası və yenidən qurulması üzrə operativ tədbirlər həyata keçirilir.

"Hazırda, ölkə prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır. Şəbəkələrin yenidənqurma tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir innovativ texnologiyaların cəlb edilməsilə bu proses daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş EKM Global Consulting GmbH şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı”, - deyə "Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd etdi ki, müasir texnologiyalar mühəndis-texniki həllər layihə-konstruktor işlərinin maksimal effektivliklə aparılmasına geniş imkanlar yaratması, əraziyə getmədən vaxt itkisinə yol vermədən işlərin həyata keçirilməsi imkanları bu əməkdaşlığın müsbət cəhətlərindəndir.

"Üçölçülü verilənlərin istifadəsi insan faktorunu aradan qaldırmaqla, səhvləri vaxt itkisini ciddi şəkildə aradan qaldırmağa imkan verir. Əldə olunan dəqiq faydalı məlumatlar növbəti emal mərhələsi üçün "Azərişıq” ASC-nin Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək, müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına səbəb olacaq. Digər tərəfdən, niyyət sazişinə əsasən, yarana bilən istənilən suallara ekspert cavabı almaq imkanı da yaranır”, - deyə R. Yusifov əlavə etdi.

"Bu texnologiyalar dünya üzrə bir çox müxtəlif sahələrdə istifadə edilir. Tikililərin 3D lazer skan edilməsi modelləşdirilməsi, tarixi-memarlıq abidələr topoqrafik planların mövcud vəziyyətini dolğun dəqiq əks etdirməyə imkan verir. Yerüstü topoqrafik çəkilişlər, öz yerlərini tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt məsrəflərlə həyata keçirilməsini təmin edir”, - deyə, E. Musayev müasir texnologiyaların tətbiq üstünlüklərindən danışdı.

Azərbaycan Vətən Müharibəsində müasir texnologiyaların tətbiq edilməsilə zəfər marşını sürətləndirdiyi kimi, müasir texnologiyalar innovativ metodları cəlb edərək azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, infrastrukturun yaradılması işləri daha da sürətlə uğurla aparılaraq, "21-ci əsrin Qarabağı”nın təməli qoyulacaqdır. Biz qayıtdıq!

 

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.7.