Zəfər paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı

 

Sahibə QAFAROVA: "Bizim rəşadətli ordumuz, peşəkar əsgər və zabitlərimiz, xalqımızın arxalandığı müdrik rəhbərimiz var

 

 

Dekabrın 11-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova ilk olaraq Azadlıq meydanında keçirilən Zəfər paradı ilə bağlı fikirlərini bildirdi.

Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Zəfər paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü bərpa etmiş, döyüş meydanında nəyə qadir olduğunu göstərmiş Azərbaycan Ordusunun əzmini və qüdrətini bütün dünya bir daha gördü.

Milli Məclisin sədri Sahibə Qafarova daha sonra dedi: "Paradda Türkiyə Cümhuriyyətinin siyasi və dövlət xadimlərinin, əsgər və zabitlərinin iştirakı bayram əhvali-ruhiyyəsini daha da artırdı. Qarabağ uğrunda qurtuluş savaşının ilk saatlarından Türkiyə qardaş ölkə olaraq siyasi-diplomatik və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer almışdır. Türkiyənin bu möhtəşəm tədbirdə bizimlə birgə olmasının çox dərin mənası var. Azərbaycanla Türkiyə dostqardaş ölkələrdir, aralarında olan münasibətlər bir millətin iki dövləti arasındakı münasibətlərdir. Möhtərəm Prezidentimizin dediyi kimi, "Azərbaycanla Türkiyənin birliyi artıq reallıqdır”.

Hərbi paradda nümayiş etdirilən ən müasir hərbi texnika, o cümlədən raketartilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz. Bizim rəşadətli ordumuz, peşəkar əsgər və zabitlərimiz, xalqımızın arxalandığı müdrik rəhbərimiz var.

Eşq olsun müzəffər Ali Baş Komandan İlham Əliyevə!

Eşq olsun qəhrəman Ordumuza!

Qarabağ Azərbaycandır!”

Daha sonra parlamentin sədri bildirdi ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun - "YAŞAT” fondunun yaradılması haqqında fərman imzalayıb. Bu fondun yaradılması cəmiyyətimizdə birlik və həmrəyliyin, yardımlaşma ruhunun daha da güclənməsinə töhfə verəcək. Milli Məclis bu cür humanitar aksiyalarda həmişə fəal iştirak edib. Sahibə Qafarova Milli Məclisin deputatlarını, Aparatının İşlər İdarəsinin əməkdaşlarını bu nəcib təşəbbüsə qoşulmağa, yaradılmış yeni fonda könüllü surətdə maliyyə vəsaiti köçürməyə dəvət etdi.

İclasın gündəliyi təsdiqləndikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova dedi ki, ilk iki məsələ Milli Məclisin qərar layihələridir. Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də saat 00:00-dan "Hərbi vəziyyətin ləğv olunması haqqındaFərman imzalayıb təsdiq edilmək üçün Milli Məclisə göndərilib.

Bu məsələ barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun məlumatı dinlənildikdən sonra qərar layihəsi səsə qoyularaq təsdiqləndi.

 

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarıldı. Milli Məclisin sədri dedi ki, qanunvericiliyə uyğun olaraq Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovun namizədliyini irəli sürüb.

 

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin məlumatı dinlənildikdən sonra deputatlar Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri təyin edilməsi barədə qərar layihəsini səsə qoyaraq təsdiqlədilər.

 

Vüqar Gülməmmədov ona göstərilən etimada görə təşəkkürünü ifadə etdi var qüvvəsi ilə bu etimadı doğrultmağa çalışacağını bildirdi.

 

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olundu.

 

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, təklif olunan dəyişiklik bank sisteminin inkişafına xidmət edir həm dövlət, həm özəl bankların eyni rəqabət mühitində fəaliyyət göstərməsinə şərait yaradacaq. Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul olundu.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki digər iki məsələni - "Əmanətlərin tam sığortalanması haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) "Əmanətlərin sığortalanması haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri barədə məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə 2016-cı ilin martından tətbiq olunan əmanətlərin tam sığortalanması qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunmasında, bank sistemində sabitliyin tam təmin edilməsində, əmanətçilərin bank sisteminə etibarının artırılmasında mühüm rol oynayıb. Bildirildi ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

 

Komitə sədri onu da qeyd etdi ki, beynəlxalq təcrübə əmanətlərin tam sığortalanması sxemindən çıxış üçün effektiv strategiyanın olmasının vacibliyini göstərir. Bununla əlaqədar "Əmanətlərin sığortalanması haqqındaqanun layihəsində fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur. Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək. Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

 

Yeni qanun layihəsinə görə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması da nəzərdə tutulur ki, bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə ev alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını özündə ehtiva edir.

 

Komitə sədri Zahid Oruc, deputatlardan Əli Məsimli, Vüqar Bayramov, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev Rüfət Quliyevin fikirləri dinlənildikdən sonra komitə sədri Tahir Mirkişili qaldırılan məsələlərə münasibət bildirdi. Hər iki layihə ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda təsdiq olundu.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi barədə Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verdi. Bildirdi ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə ilə Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımıza unudulmaz zəfər bəxş edib. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər bu tarixi günlərin əbədiləşdirilməsi ilə bağlıdır.

 

Belə ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər dövlət başçısının 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqındasərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü əlavə edilir qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: "Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - "Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün günü hesab edilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) "Bədən tərbiyəsi idman haqqında”, "Peşə təhsili haqqında "Ümumi təhsil haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verən Mill Məclisin Elm təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirdi ki, birinci layihəyə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur.

Komitə sədri "Bədən tərbiyəsi idman haqqında”, "Peşə təhsili haqqında”, "Ümumi təhsil haqqındaqanunlarda dəyişikliyin isə qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemiüzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırdı.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin birinci oxunuşu barədə parlamentin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər ölkəmizdə ticarətin daha da inkişafı üçün malların gömrük rəsmiləşdirilməsində vaxt itkisinin minimuma endirilməsi və təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliklər xarici ölkələrin qeydiyyatında olan avtonəqliyyat vasitələrinin ölkəmizə daxil olması zamanı yol vergisinin ödənişinə sərf olunan vaxt itkisini azaldacaq.

Hər iki qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Gündəliyin son iki məsələsi - Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə (birinci oxunuş) və "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri haqqında Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Diqqətə çatdırıldı ki, nəzərdə tutulan dəyişikliklər karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemiolojibu kimi digər tədbirlərlə əlaqədar olaraq Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi məsələlərini özündə əks etdirir.

Deputatların fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 12 dekabr.- S.2.