Milix Yevdayev: Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaqlar

 

 

Azərbaycan torpağı uğrunda şəhid olan insanların ruhu bu gün şaddır. Şəhidlik həyatın davamıdır, şəhid olan əsgər zabitlərimiz daim qəlblərimizdə yaşayacaqlar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib.

Milix Yevdayev qeyd edib ki, şəhidlərin canı, qanı bahasına başa gələn bu şanlı Qələbə bizi bütün dünya xalqları qarşısında başıuca etdi. Bu gün 30 ildir həsrətində olduğumuz torpaqlarımızın vüsalına yetişmişik.

"Bir gözümüz hüznlü, digər gözümüz sevincli ola-ola biz bu günü qeyd etməliyik ki, gələcək nəsillərə nümunə olsun”, - deyə o qeyd edib.

 

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S.6.