Aleksandr İşein: İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir

 

 

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir. AZƏRTAC xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein bildirib.

Arxiyepiskop deyib ki, bu gün Azərbaycan tarixində xüsusi gündür. Biz hamımız Qarabağın azad edilməsi ilə əlaqədar sevincliyik. Qarabağ Azərbaycandır! Bu, bizim üçün artıq bir növ salamlaşmaya çevrilib. Bu ifadə Azərbaycan xalqının qəhrəmanlığı ədalətini, ölkə rəhbərinin istedadlı dahi olduğunu göstərir.

Aleksandr İşein qeyd edib ki, Qələbəni qeyd etməklə yanaşı, hər kəs Vətəni müdafiə edərkən şəhid olanları da xatırlayır. Bu müharibə Azərbaycan tarixinə təkcə İkinci Qarabağ müharibəsi kimi deyil, həm Vətən müharibəsi kimi daxil olacaq. Bütün Azərbaycan üçün bu, xalq yaddaşının parlaq səhifəsidir.

 

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S.6.