Paytaxtdakı Əjdərbəy məscidində
şəhidlərin xatirəsinə dualar oxunub
Xalq şəhid
verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa
qadir olan ləyaqətli oğullarımız
var. Sıravi əsgərindən tutmuş generalınadək
hər bir döyüşçü əlində
silah Vətənin bütövlüyü, torpaqlarımızın
azadlığı, doğma
Qarabağı qaniçənlərdən
təmizləmək, mübarizə
apardığımız haqq
savaşı naminə
canını fəda etməyə hazır idi. Bu xalqın böyüklüyü
budur! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin
birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində
qazanılan zəfər
Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə
çevrildi.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər dekabrın 4-də
paytaxtdakı Əjdərbəy məscidində Vətən
müharibəsi şəhidlərinin xatirəsini anım mərasimində
səslənib.
Anım mərasimində İkinci
Qarabağ müharibəsində
torpaqlarımızın erməni
işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə
şəhid olan qəhrəmanların xatirəsi
yad edilib. Sonra “Qurani-Kərim”dən
ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib, namaz qılınıb.
Qafqaz
Müsəlmanları İdarəsinin nümayəndəsi
İlham Səlimov deyib: “İgid oğullarımızın
doğma Vətən, ana torpaq uğrunda göz qırpmadan həyatını
qurban vermələrini qürurverici hadisə kimi
yaşamalıyıq. Belə qəhrəman oğullarla
qürur duymaq, fəxr etmək lazımdır. Ağlamalı
gün onda olardı ki, vətən üçün
ölmək istəyən
oğullar tapılmayaydı...
Şəhidlərin məqamı onsuz da ucadır. Tanrının rəhməti
də həmişə
onlarladır. Bizim borcumuz onların ruhunu hər zaman şad etməkdir. Allah bizi bu xoş
aqibətdən heç
vaxt məhrum etməsin!”.
Azərbaycan. - 2020.- 5 dekabr.- S.6.