Azərbaycan Respublikası PrezidentininYeyinti məhsulları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 16 aprel tarixli 1923 nömrəli, “Yeyinti məhsulları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 398 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqındaÇayçılıq haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 19 avqust tarixli 811 nömrəli fərmanlarında dəyişiklik edilməsi Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqındaAzərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli, “Taxıl haqqındaAzərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanlarının ləğv edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında "Çayçılıq haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. "Yeyinti məhsulları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 4, maddə 674) 4-cü hissəsi ləğv edilsin.

 

2. "Yeyinti məhsulları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 398 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12, maddə 2555) 2-ci hissəsi ləğv edilsin.

 

3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük şərabçılıq haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında "Çayçılıq haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 8, maddə 1394) aşağıdakı məzmunda 2.8-1-ci 2.8-2-ci bəndlər əlavə edilsin:

 

"2.8-1. həmin Qanunun 10.4-cü maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

 

2.8-2. həmin Qanunun 12.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.”.

 

4. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqındaAzərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 9, maddə 482; 2009, ¹ 4, maddə 226; 2018, ¹ 5, maddə 930) ləğv edilsin.

 

5. "Taxıl haqqındaAzərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 564; 2014, ¹ 5, maddə 477; 2015, ¹ 2, maddə 131; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə 836; 2018, ¹ 5, maddə 931) ləğv edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 4 dekabr 2020-ci il

 

Azərbaycan. - 2020.- 8 dekabr.- S.3.