İlham Əliyevin təşəbbüsündən sonra yaranan beynəlxalq enerji formatı - “OPEC+”

 

Hələ 4 il əvvəl, 2016-cı ilin yanvarında Pezident İlham Əliyev Dünya İqtisadi Forumunun "Yeni enerji tarazlığı” mövzusunda keçirilən sessiyasında neftin qiymətinin sabitliyinə nail olmaq üçün OPEC-ə üzv olanolmayan ölkələrin bir araya gəlməsi ilə bağlı təşəbbüslə çıxış etmişdi. Bu təşəbbüs sonrakı mərhələdə OPEC-ə üzv olanolmayan ölkələr arasında neftin qiymətinin tənzimlənməsi ilə bağlı qlobal enerji dialoqlarının başlanması ilə müşayiət edildi. Nəticəsi isə özünü çox gözlətmədi və tezliklə xam neftin qiymətində yüksəlmə və sabitləşmə baş verdi.

 

Məhəmməd Barkindo: "Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz”

 

Təsadüfi deyil ki, bu il yanvarın 21-də Davosda İlham Əliyevlə görüşən OPEC-in baş katibi Məhəmməd Barkindo söhbətə məhz Azərbaycan Prezidentinə həmin təşəbbüsünü minnətdarlıq hissi ilə yada salmaqla başladı. Baş katib İlham Əliyevi uzaqgörən və çox qətiyyətli lider adlandıraraq deyib: "Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Sizdediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdikonu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü”.

Həmin illərdə neftin qiyməti dünya bazarlarında 4 dəfədən də çox azalaraq 30 dollara düşmüşdü. İlkin dövrlərdə bu məsələdə o qədər də fəallıq göstərməyən OPEC ilk dəfə Prezident İlham Əliyevin çağırışından sonra qiymət azalmasının qarşısının alınmasına dair birgə fəaliyyətə başladı və daim canlanma müşayiət edildi. 2016-cı il oktyabrın 29-da Vyanada OPEC-ə üzvüzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirildi. İlk iclas 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, OmanRusiya) nümayəndə heyətlərinin iştirakı ilə konstruktiv və məhsuldar müzakirələr baş tutdu. Konstruktiv dialoqun nəticəsi olaraq 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə edildi.

Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atdı. İlin birinci yarısı üçün nəzərdə tutulmuş Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan həmin vaxt hasilatı sutkada 35 min barel azaltmaqla bağlı öhdəlik götürdü.

Beləliklə, ilk dəfə İlham Əliyevin təşəbbüsü və çağırışından sonra OPEC-ə üzv olanolmayan ölkələr arasında "OPEC+” adı alan əməkdaşlıq formatı yarandı. M. Barkindo ilə görüşdə Prezident İlham Əliyev bunu nadir tərəfdaşlıq formatı adlandırdı: "Bu təklifi ciddi nəzərə aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olanüzv olmayan ölkələr, böyükkiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi”.

 

Azərbaycan öhdəliklərinə sadiqdir

 

2017-ci ildə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək, 173-cü iclas çərçivəsində isə 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu razılaşmasını Azərbaycan da imzalayıb.

2018-ci ilin dekabrında Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşü keçirilib. Görüşdə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldıblar. Azərbaycan da hasilatın azaldılması sazişinə qoşulub. Belə ki, respublikamız müvafiq hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

Ötən il martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub. Qeyd edək ki, iclas Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə keçirilib. Təklifin qəbulu isə neft bazarının tənzimlənməsi məqsədilə "OPEC+” formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisi idi.

Qeyd edək ki, "OPEC+” formatı yaradılandan indiyədək Azərbaycan öz öhdəliyini tam yerinə yetirib. Davosda Rusiyanın "Rossiya-24” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bu barədə deyib: "Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, "OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də "OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib”.

Bu gün dünya bazarlarında neftin qiymətinin məqbul səviyyədə olmasında "OPEC +” formatında əməkdaşlığın danılmaz roluböyük əhəmiyyəti var. Ona görə də neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan "OPEC+” əməkdaşlığı çərçivəsində fəal rolunu bu gündavam etdirir. Respublikamız neft bazarının beynəlxalq tənzimlənmə prosesinə bundan sonra da töhfə verməkdə davam edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 1 fevral.- S. 1-2.