Azərbaycan Dövlət PedaqojiCorc Vaşinqton universitetləri arasında ikili diplom proqramı imzalanıb

 

Yanvarın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə giriş sözü ilə Təhsil naziri Ceyhun Bayramov çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsil sahəsində menecerlər hazırlanmasını nəzərdə tutur.

ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətin ingilis dilində aparılması və hər il 25 tələbənin qəbulu nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi, daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidir. Tədris həm Corc Vaşinqton Universitetindən dəvət olunan, həm də yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara Azərbaycan Dövlət Pedaqoji UniversitetininCorc Vaşinqton Universitetinin diplomları veriləcək.

Tədbirdə çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer Azərbaycan və ABŞ arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ADPU və Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı üzrə saziş bu sahədə əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq.

Sonra ikili diplom proqramı üzrə saziş imzalanıb. Sənədi ADPU-nun rektoru Cəfər Cəfərov və Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer imzalayıblar.

Daha sonra press-brifinq keçirilib.

 

Azərbaycan.- 2020.- 1 fevral.- S.3.