Tələbələr üçün faydalı ekskursiyalar

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib.

Tələbələr institutda Yaxın Orta Şərq, Şimali Afrika xalqlarının elm mədəniyyətinə aid türk, ərəb, fars dillərində qiymətli əsərlərlə, eyni zamanda, XIX-XX əsrlərdə yaşamış görkəmli elm mədəniyyət xadimlərinin şəxsi sənədləri, əvvəlki dövrlərin qəzet jurnalları, müxtəlif mikrofilm fotosurətlər ilə tanış olublar.

İnstitutda qorunan qədim əlyazmalarla tanışlıq zamanı tələbələrə 1982-ci ildən fəaliyyət göstərən Ekspozisiya zalında Nur Əlişah İsfahani, Nəxşəvi Ziyaəddin, İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd Füzuli, Seyid Məhəmməd Ürfi Şirazi, Bəvazici, Əhməd Nədim, Əbdürrəhman Cami, Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsrəddin Tusi, Məhsəti Gəncəvi, Əlişir Nəvai, Mirxond Məhəmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, eləcə digər görkəmli elm mədəniyyət xadimlərinə aid əsərlərin əlyazma nüsxələri haqqında geniş məlumat verilib.

Tələbələr institutda mühafizə olunan əlyazmaların saxlanma şəraiti bərpası prosesi ilə maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların təcrübəsi ilə tanış olublar.

Tələbələr, eyni zamanda, XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan dövrünün ən görkəmli xəttat rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin başqalarının fəaliyyət göstərməsi barədə ərtaflı məlumat alıblar.

Həmçinin Aİİ-nin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.

Kitabxananın qeydiyyat bölməsindən ekskursiyaya başlayan tələbələr daha sonra ənənəvi elektron kataloqla tanış olaraq burada kitab sifariş etməyi, sənədlərin elektron kataloqa daxil edilməsi prosesini izləyiblər. Ziyarətçilər sərgi salonunda müxtəlif mövzularda nümayiş edilən kitablarla tanış olublar.

Daha sonra tələbələrə MEK-in tarixi, fəaliyyəti məqsədi barədə geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın qədim tarixinin zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi mədəniyyətinin istifadəçilərinə təqdim olunması MEK-in əsas vəzifələrindəndir.

Ziyarət zamanı tələbələr, həmçinin MEK-in Diplomatik Fondunu, Nadir Kitab Fondunu, Dövri Mətbuat Fondunu, Oxu zallarını gəziblər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşlərinin, intellektual səviyyələrinin zənginləşdirilməsi, elmi tədqiqat işlərinin aparılmasına maraqlarının artırılması, kitabxanalardan fəal istifadələrini təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-1 fevral.- S.6.