Əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

 

İraqın NİNA informasiya agentliyi ilə AZƏRTAC arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

İraq Respublikasının dövlət informasiya agentliyi (NİNA) ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

Müzakirələr Azərbaycanın İraqdakı səfirliyində İraq Media Şəbəkəsinin rəhbəri Fadel Farajullah ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Fadel Farajullah Azərbaycanın kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etmək məqsədilə media sahəsində sazişin imzalanmasının vacibliyini bildirib.

İki ölkə haqqında informasiya mübadiləsi baxımından NİNA ilə AZƏRTAC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi təklif olunub.

Qeyd edək ki, AZƏRTAC ilə NİNA beynəlxalq media qurumlarında sıx əməkdaşlıq edir.

 

Azərbaycan.- 2020.- 1 fevral.- S.7.