Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmişYerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Dövlət qulluğu haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 28; 2002, ¹ 8, maddə 495; 2005, ¹ 12, maddə 1111; 2007, ¹ 12, maddə 1241; 2008, ¹ 5, maddə 363; 2010, ¹ 2, maddə 80; 2017, ¹ 8, maddə 1518; 2018, ¹ 2, maddə 170, ¹ 11, maddə 2249; 2019, ¹ 1, maddə 75, ¹ 8, maddə 1403) 3.23-cü bəndində "yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərsözləri "Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərisözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə 807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə 427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab), maddə 1462, ¹ 10, maddə 2017, ¹ 12 (I kitab), maddələr 2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr 820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.5-ci bəndinin birinci cümləsindən "dövlət büdcəsindən maliyyələşənsözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 226; 2017, ¹ 12 (I kitab), maddə 2335; 2018, ¹ 4, maddə 661; 2019, ¹ 4, maddə 655) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində "dövlət büdcəsindən maliyyələşən qurumlarınsözləri "orqanlarınsözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. "Dövlət qulluğu haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3-cü hissəsini nəzərə alaraq, "Dövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə indiyədək qəbul olunmuş Azərbaycan Respublikası qanunlarının tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanlarında dəyişiklik edilməsi ya onların ləğvi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il

 

Azərbaycan.- 2020.- 2 fevral.- S. 2.