Milli Aviasiya Akademiyasında illikFevral məruzələri” başlayıb

 

Fevralın 3-də Milli Aviasiya Akademiyasında (MAA) V Beynəlxalq elmi-praktik Gənclər konfransı-Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı - "Fevral məruzələri-2020” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyduqdan sonra MAA-da aviamodelizmlə bağlı sərgi ilə tanış olublar.

Konfransın açılışında prorektor Ədalət Səmədov akademiyanın rektoru, akademik Arif Paşayevin və MAA-nın aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyevin konfrans iştirakçılarına təbriklərini çatdırıb. O qeyd edib ki, konfransın proqramına universitetlər, elmi-tədqiqat institutu və təşkilatdan olan nümayəndələrin məruzələri daxildir. Artıq beşinci dəfədir ki, keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağayeni əlaqələr qurmağa imkan yaradır.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bildirib ki, bu gün aviasiyakosmik elm həyatımızın reallıqlarıdır. Kosmos dövlətinə çevrilmiş Azərbaycanın bu sahədə yüksəkixtisaslı kadrları məhz Milli Aviasiya Akademiyasında hazırlanır. Bu cür elmi-təhsil mərkəzləri qarşısında qoyulan bütün tələblərə cavab verən bu ali məktəb Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə akademik Arif Paşayevin təşəbbüsü ilə yaradılıb. Akademik Arif Paşayev və dünyaşöhrətli alim Roald Saqdeyev Azərbaycanda aerokosmik elmin inkişafı üçün böyük işlər görürlər. Nazir müavini MAA-da elm, təhsil və istehsalın bir-biri ilə çox uğurlu şəkildə əlaqələndirilməsini vurğulayaraq deyib ki, bu ali məktəbin alimlərinin tədqiqatları bir sıra elmi dairələrin diqqətini cəlb edir. F.Qurbanov akademiyanın rektoru Arif Paşayevə akademiyada təhsil prosesinə dünyaşöhrətli alimləri cəlb etdiyinə görə təşəkkürünü bildirib.

Sonra Rusiyanın Sankt-Peterburq şəhərindən TRİZ Ustalar Assosiasiyasının prezidenti Mixail RubinAlmaniyada yaşayan professor Məsud Əfəndiyev videobağlantı vasitəsilə konfrans iştirakçılarına təbriklərini çatdırıblar. Qeyd ediblər ki, konfrans çərçivəsində gənclər arasında maraqlı elmi diskussiyalar və müzakirələrlə yanaşı, riyaziyyatfizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri onların elmi məlumatlarını artıracaq.

AMEA-nın Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov və Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev çıxış edərək vurğulayıblar ki, Azərbaycanda təhsilin inkişafı üçün qanunvericilik bazası yaradılıb. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq böyük uğurlar qazanılıb.

Üç gün davam edəcək konfrans çərçivəsində 8 bölmə üzrə mülki aviasiyakosmik sahənin aktual problemlərinə həsr olunan məruzələr dinləniləcək. Konfrans çərçivəsində həmçinin təyyarəqayırma, mühəndis dizaynı sahəsində müasir informasiya texnologiyaları, elmi-tədqiqat işlərinə gənclərin cəlb edilməsinə müasir yanaşmalar, hava nəqliyyatında təhlükəsizlik sahələrində Rusiya və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə dəyirmi masalar keçiriləcək.

 

Azərbaycan.- 2020.- 4 fevral.- S.9.